Page 294 - Islamic Studies 05
P. 294

293) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               varlığına ehtiyacı tələb etmir. Mənəviyyatda insanın qazandığı

               yeganə  şey  “bir  növ  batini  razılıqdır,  əlbəttə  bu,  insanın
               həyatının yalnızca bu dünya ilə məhdudlaşması, ya da şəxsin
               öz nəzərinə  əsasən dünyadan  sonra həyatın varlığının  olması

               ilə uyğundur”.1
                      Əlbəttə,  aydındır  ki,  dini  mənəviyyat  sekolar
               mənəviyyatdan fərqlənir. Dini mənəviyyat insanı dünya həyatı

               ilə  məhdudlaşdırmır.  Onun  əsl  həyatının  başqa  bir  yerdə
               olduğunu  deyir  və  bütün  sevincləri,  qorxuları,  ümidləri  ilə
               birlikdə  onun  bütün  dünyasını  həqiqi  həyata  çatmaq  üçün

               məhz bir keçid və körpü hesab edir. İslam nəzərindən içində
               Allah  olmayan  mənəviyyatın  mənası  və  əhəmiyyəti  yoxdur.
               Əsas  etibarilə  həyatın  əsl  mənbəyinə  birləşmədən  həqiqi

               aramlıq,  ümid  hasil  olmayacaq  və  insanı  həyatın  bu  əsl
               mənbəyinə birləşdirən şey dini mənəviyyatdır və mənəviyyat
               insanın  varlığına  və  həyatına  məhz  dinin  kölgəsində  məna

               bəxş edir.

                      Dini və Sekulyar İrfan
                      Ümumi  bir  bölgüdə,  irfanı  iki  –  dini  və  sekulyar  –

               dəstəyə bölmək olar. Dini irfan yəni, ilahi dinlərdən alınmış,
               qaynaqlanmış  irfan.  Bu  elə  bir  irfandır  ki,  özünün  son
               hədəfinin nəinki yalnızca Allaha qovuşmaq və “Qürb” (Allaha

               yaxınlıq) məqamına çatmaq olduğunu deyir, əksinə, inanır ki,
               bu hədəfə qovuşmaq vasitələri də həmçinin dindən alınmalıdır
               və  dini  maarifə  uyğun  olmalıdır,  yaxud  da  ən  azı  dini

               maariflərə zidd olmamalıdır.


               1  “Moştaqi Və Məhcuri”, Mustafa Məlikiyan.
   289   290   291   292   293   294   295   296   297   298   299