Page 295 - Islamic Studies 05
P. 295
Müasir insanın mənəvi tələbatı (294
Bunun müqabilində, dini təlimlərə, maarifə etinasız
yanaşan, mənəvi seyrin sonunu, hədəfini Allahdan başqa bir
yerdə axtaran, insanı yalnızca dünya həyatı ilə məhdudlaşdıran
hər növ irfanı “sekulyar” irfan adlandırırıq. Allahdan başqa
şeyləri metafizik olsa belə öz hədəfi ünvanında seçən bütün
irfanlara və yaxud da din və şəriətdən başqa bir vasitə ilə
özünün son hədəfinə qovuşmaq niyyətində olan irfanlara
sekulyar irfan deyilir.
Həqiqi və Yalançı İrfan
Bütün dini irfanları zəruri olaraq həqiqi irfan hesab
etmək olmaz. Çünki bir din təhrif oluna, ya da kimlər
tərəfindənsə yaradıla və varlığın mənşəyi, mənbəyi və Allah-
taaala haqında yanlış təsəvvür verə bilər. Belə bir dində arifin
şəxsi son hədəfi Allaha qovuşmaq ola bilər, amma məhz
həmin dinin mövzusu olan Allah qeyri-həqiqidir. Buna əsasən,
belə bir dindən qaynaqlanan irfan qeyri-həqiqi irfan olacaq.
Misal olaraq, yəhudi və “Kavala” irfanını göstərmək olar.
Bunlar yəhudi dinindən qaynaqlanan irfan olsalar da
yəhudiliyin təhrif olunmasına əsasən, onun irfanı da həqiqi
irfan ola bilməz. Əksinə, o, yalançı irfan kimi tanınır. Məsihi
irfanını da həqiqi irfan hesab etmək olmaz, çünki məsihi irfanı
Xristianlıq dinindən qaynaqlansa da, mövcud məsihi dini təhrif
olunmuşdur, hətta düzəltmə bir dindir.
Buna görə də həqiqi irfan o irfandır ki, həqiqi dindən
qaynaqlanmış olsun. Həqiqi irfan nəinki yalnız həqiqi hədəfin
axtarışındadır, hətta özünün mənəvi seyrinin təlimlərində də
tamamilə həqiqi dinə və şəriətə tabedir. Həqiqi irfan o irfandır