Page 300 - Islamic Studies 05
P. 300

299) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               yeganə yol bilirdi. Hər bir qeyri-təcrübi sözü qeyri-elmi hesab

               edirdi.  Nəinki  yalnızca  ilahiyyat  və  metafizik  məfhumlarına,
               hətta əxlaqi məfhumlara da qeyri-elmi və nəticədə də mənasız
               kimi  baxırdı. Onların  “doğru”  və  “yanlış”lığı  haqqında  fikiri

               mənasız sayırdı. Ona görə ki, bir düşüncənin “mənalı”lığı və
               ya “mənasız”lığının meyarını “verifikasiya” (təcrübə olunan: o
               da  hissi  təcrübə  cinsindən  olmaq  şərti  ilə)  hesab  edirdi.  Bir

               sözün “doğru” və “yanlış”lığı onun “mənalı” olmasından sonra
               məna daşıdığına görə, elə isə hər hansı bir şey mənalı olmasa,
               əsas  etbarilə  onun  doğru-yalan  olması  haqqında  tədqiqata

               növbə çatmayacaq.
                      Saentizm və rasionalizm hamıdan çox Qərbi bürüdü və
               onları  din  və  mənaviyyatdan  uzaqlaşdırdı.  Bir  çox  Şərq,

               xüsusilə də İslam ölkələri böyük zərərlər gördü, əlbəttə onun
               xidmətləri  və  yaxşı  cəhətlərindən  də  məhrum  idilər.  Amma
               təəssüflər  olsun  ki,  bu  ruhiyyənin  Qərb  alimləri  arasında

               yayılması və modern elmin, ağılın mərkəzliliyi və onun müasir
               insanın  bütün  elmi  və  əməli  sahələrinə  hakim  olması  bəzi
               müsəlman alimlərini də qorxu altında özünə tabe etdi. Belə ki,
               onların  din  və  dini  təimlər  barəsindəki  təfsirləri  qərblilərin

               seantik  təsirinə  olduqca  məruz  qaldı.  Misal  olaraq,  İqbal
               Lahurinin  və  onun  arxası  ilə  də  doktor  Şəriətinin
               “xatəmiyyət”ə  (peyğəmbərliyin  sonu)  verdikləri  təfsir  aşkar

               şəkildə bu meylin təsiri altındadır. Bu şəxslər müasir insanın
               əqli yetkinliyini və inkişafını peyğəmbərliyin və peyğəmbərlər
               (ə)  silsiləsinin  kəsilməsinin  əsas  səbəbi  hesab  edirlər.  Onlar

               iddia  edirlər  ki,  xatəmiyyət  dövründə  bəşəriyyət  ağıla  və
               müasir  elmə  söykənməklə,  elmi  metoddan  (induksiya  və
   295   296   297   298   299   300   301   302   303   304   305