Page 299 - Islamic Studies 05
P. 299
Müasir insanın mənəvi tələbatı (298
hüququmu tanımayan bu üsyankar rəqibim olan dinin
boyunduruğundan azad elə. Mənin qüdrətimə qəzəb edən
allahları kənara qoy və mənim qanunlarıma qayıt. Bu zaman
dərk edəcəksən ki, həyat yolun gül-çiçəyə dolmuşdur”.1
Digər tərəfdən də maarifçilik dövrünün rasionalizmi o
həddə çatmışdı ki, hər bir “irrasional” (ağıla aid olmayan, ağıl
ilə isbat oluna bilməyən, ağılın imkanlarındna xaric olan,
isbatolunmaz) sözün “anti-rasional” (ağıla zidd olan) olduğunu
güman edirdilər və buna görə də bir çox dini və mənəvi
iddiaları inkar edirdilər. Rasionalistlərin əsas şüarı ingilis
riyaziyyatçısı Kliffordun bu qısa və fəsahətli sözündə
xülasələnirdi, o deyirdi: “Kimsənin heç bir zaman və heç bir
yerdə kafi olmayan dəlillər əsasında hər hansı bir şeyə
inanması düzgün deyil”2. Bu söz, əlbəttə ki, İslam
mənəviyyatı, şiə təfəkkürü və irfanı fəzasında tam doğru
sözdür. Amma Klifford bu söz ilə istəyirdi ki, din, mənəviyyat
və dini inancları qeyri-əqli (qeyri-rasional) və “əsaslandırılmış
dəlil”ə malik olamayan bir fenomen bilsin. Müasir insanın
anti-din olması və mənəviyyatdan yayınması o yerə çatmışdı
ki, hətta elmi yığıncaqlarda, üniversitetlərdə “Allah” adının
çəkilməsinə razı deyildi. Ona görə ki, belə bir varlığı qəbul
etmək və ona inanmaq qeyri-elmi, xurafat, əfsanə sayılırdı.
Elm və elmi ocaq fəzasının xurafi və əfsanəvi fenomenlərdən
uzaq olmasını istəyirdi.
Müasir insanın elmi qüruru o yerə çatmışdı ki, təcrübəni
hər bir düşüncənin elmiliyinin və həqiqiliyinin isbatı üçün
1 “Fəlsəfə Və Aydınlaşdırma, İazh etmə”, Ernest Kasirer.
2 “The Ethics of Belief”, W. K. Clifford, in Philosophy of Religion.