Page 331 - Islamic Studies 05
P. 331

Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (330

               Əməli  tövhiddə  isə  onlar  insanın  tam  azadlığını  və  həmin
               azadlığın  təlabatlarından  irəli  gələn  insanın  Allahdan  başqa
               digər varlıqlara ibadət etməkdə azad olmasını görürlər.


                  Allahın sifətlərinə gəldikdə isə, Zeydiyyə məzhəbi belə bir
               əqidədədir ki, Allah-taala zati və fe᾿li sifətlərə malikdir. Onlar
               Allahın  sifətlərini  Onun  zatı  hesab  edir,  xəbəri  sifətlərin
               yozum  və  təfsirinə  əsaslanır  və  Onun  sifətlərinin  bəşəri
               sifətlərə  bənzədilməsini  qətiyyətlə  rədd  edirlər.  Bu  səbəbdən
               də  onlar «yədullah»  –  Allahın  əli  ifadəsini  -  İlahi ne᾿mət və
               qüdrət, «cənbəllah» - Allahla qonşuluq və yaxınlıq – kəlməsini
               Allaha itaət və «Əynullah» - Allahın gözü – ifadəsini isə İlahi
               elm kimi təfsir etmişlər.


               2. Ədalət


                  Zeydiyyə  e᾿tiqadında  İlahi  ədalət xüsusi yer  tutur. Ehtiyac
               və  cəhalətin  mənşəyi  olduğu  üçün  onlar  bütün  mənfi
               xüsusiyyətləri Allahın müqəddəs zatından uzaq hesab edirlər.
               Bu səbəbdən də Zeydiyyə əqidəsi əşyaların zatən yaxşı və pis
               xüsusiyyətlərə  malik  olması  qaydasına  (hüsn  və  qubhi  zati)
               əsaslanır  və  Allahın  gördüyü  işlərin  «hüsn»  (müsbət)
               tələbatından irəli gəldiyi hesab edilir.


                  Digər tərəfdən də onlar belə bir əqidədədirlər ki, ilahi qəza-
               qədər  Allahın  ədalətindən  doğur  və  Allah-taala  yalnız  haqq-
               ədalət üzərində qəzavət edəcəkdir. Bunun üçün də bu məzhəb
               insanların  ilahi  qəza-qədər  üzündən  günaha  düçar  olmasına
               dair irəli sürülən nəzəriyyəni qətiyyətlə rədd edir. Bu məktəbə
               əsasən,  insanın  gördüyü  bütün  işlər  onun  özünə  aiddir  və
               görülən heç bir yaxşı və ya pis işi Allah-taalaya nisbət vermək
               olmaz. Zeydiyyə alimləri Qur᾿anda insanın gördüyü işlərə dair
               istifadə olunan ifadələri öz e᾿tiqadlarının sübuta yetirilməsində
   326   327   328   329   330   331   332   333   334   335   336