Page 333 - Islamic Studies 05
P. 333
Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (332
də mö᾿mindirlər.» Onlar belə bir əqidədədirlər ki, kafir və
mö᾿min ifadəsi bu şəxslərə dəlalət etmir. Həmçinin qeyd
edirlər ki, böyük günaha düçar olmuş hər bir şəxs tövbə
etmədən dünyasını dəyişərsə, əbədi olaraq cəhənnəmdə
qalacaqdır.
Zeydiyyə ilə imamiyyə arasında mövcud olan fikir
ayrılıqlarından biri də məhz bu məsələ ətrafındadır. Çünki,
imamiyyə ardıcılları böyük günaha düçar olan şəxslərin
cəhənnəmə daxil olacaqlarını qəbul etsələr də, onların əbədi
olaraq orada qalacaqlarına e᾿tiqadlı deyildirlər.
4. Nübuvvət
Peyğəmbərlik məsələsində Zeydiyyə ilə digər islam firqələri
arasında nəzərə çarpacaq ixtilaflar mövcuddur. Onlar
peyğəmbərlərin mə᾿sum olmasını və onlara olan ehtiyacların
əqlən zəruriliyini qəbul edərək deyirlər: Şəriət sahibi və ya
əvvəlki peyğəmbərlərin gətirdikləri şəriəti təzələyən hər bir
peyğəmbər, hər şeydən əvvəl, Allahın lütfü ilə peyğəmbərliyə
tə᾿yin olunmazdan əvvəl böyük günahlardan uzaq (mə᾿sum)
olmalıdır. Bundan əlavə, peyğəmbərlik məqamına xələl gətirən
və eləcə də onlara qarşı şübhə yaradacaq kiçik günahlara da
yaxın düşməməlidirlər.
Lakin İmamiyyə məzhəbi kiçik və böyüklüyündən,
həmçinin şübhə yaradıb-yaratmamasından asılı olmayaraq,
Peyğəmbərləri bütün günahlardan uzaq və mə᾿sum hesab edir.
5. Əmr be-mə᾿ruf və nəhy əz-münkər
Əmr be mə᾿ruf və nəhy əz münkər Zeydiyyə məzhəbinin
dini e᾿tiqadlarının beşinci əsas hissəsini təşkil edir. Onlar bu