Page 335 - Islamic Studies 05
P. 335
Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (334
Bu məzhəbə görə, imamət üçün lazım olan xüsusiyyətlər
şər᾿i məsələlərdə başqalarından daha elmli olmaq,
pəhrizkarlıqda şan-şöhrət tapmaq, şücaət, səxavət, düşüncə və
təfəkkür, din yolunda qiyam və cihad etməkdən ibarətdir.
Zeydiyyə, Peyğəmbər (s) tərəfindən imam Zeynəlabidin (ə)-
ın imamətinə dəlalət edəcək bir sənədin olmadığını və din
yolunda qiyam etmədiyini əldə əsas tutub onu dördüncü imam
hesab etmirlər. Əgər bu iki şərtdən biri Zeydiyyə tərəfdarları
üçün sabit olsaydı, onu imam kimi qəbul edərdilər.
Peyğəmbər (s) tərəfindən imamın haqq olmasına dəlalət
edəcək açıq-aşkar dəlil olduğu təqdirdə, onun qiyam etməsi
heç də zəruri deyildir. Bu səbəbdən də onlar Əli ibni
ƏbuTalibdən sonra imam Həsən, imam Hüseyn və Zeyd ibni
Əlinin imamətini qəbul edirlər.
6- ZEYDİYYƏ FİRQƏLƏRİ
Digər əqidəvi məzhəb və cərəyanlar kimi «Zeydiyyə»
firqəsi də tarix boyu müxtəlif dəstələrə bölünmüşdür.
Bu dərsimizdə «Zeydiyyə» firqəsinin tarix boyu keçdiyi
mərhələlər və ondan ayrılmış digər firqələr haqda söhbət
açacaq, onların görkəmli şəxsiyyətlərinin tarixçəsinə qısa
şəkildə nəzər salacağıq.
1. Carudiyyə;
Carudiyyə firqəsi ibni Carud və Ziyad ibni Munzər
Həmdanin (h.q.150. və ya h.q.160.) ardıcıllarının təşkil etdiyi
cərəyandır. İbni Carud əvvəllər 5-ci və 6-cı imamın, yə᾿ni Əli
ibni Məhəmməd Baqir (ə) və Cə᾿fər ibni Məhəmməd Sadiq