Page 334 - Islamic Studies 05
P. 334

333) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               prinsipi belə izah edirlər: «Əmr be mə᾿ruf və nəhy əz münkər,
               nəzəri  baxımdan  qəlbən  təsdiq,  dillə  iqrar  etmək  və  əməli
               olaraq  həyata  keçirməkdən  yə᾿ni,  Allahın  əmr  etdiyi  şeylərə
               də᾿vət və yasaq etdiklərindən çəkindirməkdən ibarətdir. Əməli
               baxımdan  isə  haqq-ədalətə  kömək,  batilə  qarşı  mübarizə,
               Allahın, peyğəmbərlərin və mö᾿minlərin izzətinin isbatı üçün
               əməl,  dil  və  imanın  ən  aşağı  mərhələsi  olan  qəlbi  ehtiramın

               vacibliyinə iman gətirməkdir.

               6. İmamət


                  Zeydiyyə  nöqteyi-nəzərindən  Peyğəmbərdən  (s)  sonra
               birinci imam və xəlifə Əmirəl-mö᾿minin Əli ibni Əbu Talib (ə)
               olmalıdır. Onlar Əlini (ə) xilafət üçün ən layiqli və bacarıqlı
               bir şəxsiyyət hesab edirlər. Əqidələrinin sübuta yetirilməsində
               Əli  (ə)  barəsində  nazil  olmuş  «Maidə»  surəsinin  155-ci
               ayəsinə,  «Qədir-Xum»  və  «Mənzilət»  hədislərinə  istinad
               edirlər.


                  Zeydiyyə məzhəbi Əmirəl-mö᾿minin Əli ibni Əbu Talibdən
               sonra  Həsən  ibni  Əli  (ə)  və  Hüseyn  ibni  Əlini  (ə)  özlərinə
               imam hesab edir və bu barədə Peyğəmbərdən (s) nəql olunan
               bu  hədisə  əsaslanırlar:  «Həsən  və  Hüseyn  qiyam  etsələr  də,
               etməsələr  də  imamdırlar.  Ataları  isə  onların  hər  ikisindən
               üstündür.»


                  Zeydiyyə  məzhəbi  bu  hədisi  imam  Həsən  və  imam
               Hüseynin (ə) imamətini sübuta yetirmək üçün açıq-aşkar sənəd
               hesab  edir.  Onlar  İmam  Həsən  və  imam  Hüseyn  (ə)-ın  hər
               ikisinin  övladlarını  imamət  üçün  layiqli  hesab  edib  deyirlər:
               Ata  tərəfindən  həzrət  Fatimə  (s)  övladlarından  olan  hər  bir
               şəxs imama xas olan xüsusiyyətə malik olarsa, müsəlmanların
               rəhbəri olacaqdır.
   329   330   331   332   333   334   335   336   337   338   339