Page 332 - Islamic Studies 05
P. 332

331) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               əsaslı  dəlil  hesab  edirlər.  Belə  ki,  Qur᾿ani-kərimin  bir  çox
               ayələrində «yəksibun» - ələ gətirirlər, «yəmkurun» – məkr və
               hiylə  edirlər,  «yəf᾿əlun»  –  yerinə  yetirirlər,  «yəsnəun»  –
               qururlar,  meydana  gətirirlər,  «yəxliqunə  ifkən»  –  günah
               edirlər,  «yəkfurun»  –  küfr  edirlər  kimi  ifadələrdən  istifadə
               olunduğunu  müşahidə  edirik.  Demək,  insanın  istər  yaxşı,
               istərsə də pis və xoşagəlməz əməlləri onun özünə aid olunur.


                  İnsanın  gördüyü  bütün  işlərdə  yalnız  onun  özünün
               məs᾿uliyyət daşımasında  və Allahın  qəza-qədər  və  iradəsinin
               gördüyü işlərdə heç bir tə᾿siri olmamasına dair irəli sürdükləri
               nəzəriyyədə  Zeydiyyə  məzhəbi  ilə  Mö᾿təzilə  məktəbi
               tamamilə  həmfikir  və  həmrə᾿ydir.  Lakin  «Əmrun  beynə
               əmreyn*»ə e᾿tiqadlı olan imamiyyə ilə zeydiyyə və mö᾿təzilə
               arasında müəyyən fikir ayrılığı vardır.


                  Bu məktəb digər tərəfdən də Allah-taalanın insanlara onların
               güc  və  bacarığından  xaric  vəzifələr  tə᾿yin  etməsini  qəbahət
               hesab  edir  və  bunun  ilahi  ədalətə  uyğun  gəlmədiyinə  əqidə
               bəsləyirlər.


               3. Vəd və Vəid


                  Bu məsələdə Zeydiyyə ilə Mö᾿təzilə həmfikirdir. Onlar belə
               bir  əqidədədirlər  ki,  və᾿d  və  vəid  Allah  üçün  vacib  və
               zəruridir.  Çünki  O,  mö᾿minlərin  cənnətə,  kafirlərin  isə
               cəhənnəmə  daxil  olacağına  və᾿də  vermişdir. Bu  səbəbdən  də
               O, «və᾿d» və «vəid» qaydasına əməl etməlidir.


                  Böyük  günahlara  gəldikdə  də,  onlar  Mö᾿təzilə  kimi
               «Mənzilətun  beynə  mənziləteyn*»  nəzəriyyəsinə  əsaslanırlar.
               Çünki, Zeydiyyə  məzhəbi böyük  günaha  düçar olanları  fasiq
               hesab edərək deyir: «Böyük günaha düçar olanlar nə kafir, nə
   327   328   329   330   331   332   333   334   335   336   337