Page 336 - Islamic Studies 05
P. 336

335) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               (ə)-ın  səhabələrindən  olmuş və  onlardan hədis  nəql  etmişdir.
               Lakin  sonralar  onlardan  ayrılıb  «Zeydiyyə»  firqəsinə
               qoşulmuşdur.  Əbu  Xalid  Vasiti,  Fəzl  ibni  Yəzid  və  Mənsur
               ibni  Əbil  Əsvəd  Əbu  Carudun  tərəfdaralarından  hesab
               olunurlar.


                  Əbu Carud belə bir əqidəyə əsaslanmışdır ki, Peyğəmbər (s)
               həzrət  Əlini  qeyri-aşkar  olaraq  (yə᾿ni,  adını  çəkmədən),
               imamətə  tə᾿yin  etmişdir,  lakin  o  həzrətin  vəfatından  sonra
               camaat başqa birisinə bey᾿ət edərək yollarını azmış və nəticədə
               kafir olmuşlar.


                  Onların  fikrincə,  həzrət  Məhəmməd  (s)  sülaləsinin  rəva
               bildiyi hər bir şey müsəlmanlara halal və rəva bilmədikləri isə
               haramdır.  Peyğəmbərin  (s)  gətirdiyi  hər  bir  şey  bu  sülalə
               tərəfindən  qorunub  saxlanılır  və  onlar  elm  baxımından
               tamamilə eyni səviyyədədirlər.


                  Carudiyyə Zeyd ibni Əlidən sonra Nəfsi Zəkiyyə ləqəbi ilə
               məşhur  olan  Məhəmməd  ibni  Əbdullah  ibni  Həsən  ibni  Əli
               ibni Əbu Talibin imamətini qəbul edib üç firqəyə bölündülər:


                  1.  Bə᾿ziləri  belə  bir  əqidədə  olmuşlar  ki,  Məhəmməd  ibni
               Əbdullah  ölməmiş,  qeybə  çəkilmiş  və  nə  vaxtsa  yenidən
               qayıdacaqdır.


                  2.  Bə᾿ziləri  (Taleqan  vilayətinə  hakim  olan)  Məhəmməd
               ibni  Qasim  Ələvinin  qeybə  çəkilib  yenidən  zühur  edəcəyinə
               e᾿tiqad etməyə başlamışlar.

                  3.  Bə᾿ziləri  isə  (Kufə  vilayətinə  hakim  olan)  Yəhya  ibni
               Ömər haqda da həmin əqidədə olmuşlar.
   331   332   333   334   335   336   337   338   339   340   341