Page 337 - Islamic Studies 05
P. 337

Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (336

                  Əlbəttə, belə bir bölüm Carudiyyə imamlarına aiddir. Yə᾿ni,
               onlar  Məhəmməd  ibni  Əbdullahdan  sonra  Məhəmməd  ibni
               Qasim  və  daha  sonra  Yəhya  ibni  Ömərin  imamətinə  e᾿tiqad
               bəsləmişlər.


                  2. Süleymaniyyə;


                  Bu  ad  Süleyman  ibni  Cərir  Zeydinin  tərəfdalarına  verilən
               addır.


                  Süleymaniyyə  firqəsinin  davamçıları  belə  bir  əqdidə
               olmuşlar ki, imamət şura tərəfindən tə᾿yin olunmalı və imam
               şuranın rə᾿yi əsasında seçilməlidir. (Yə᾿ni, kiminsə tərəfindən
               deyil,  müsəlman  şurası  tərəfindən  müəyyənləşdirilməlidir).
               Əlbəttə,  bu  iş  iki  müsəlman  şəxsin  rə᾿yi  əsasında  da  həyata
               keçirilə  bilər.  Xalqın  nəzərində  fəzilət  sahibi  olan  şəxsin  də
               seçilməsi tamamilə mümkün olan bir işdir. Onlar Əbu Bəkr və
               Ömərin imamətinə dair belə bir fikirdə olmuşlar ki, ümmət bu
               şəxsləri öz ictihadları ilə seçdikləri üçün bu növ hakimiyyəti
               də qanuni hesab etmək olar. Bununla yanaşı, onların fikrincə
               Əli  ibni  Əbu  Talib  olduğu  bir  halda  onlara  bey᾿ət  etmək
               düzgün  deyildi.  Lakin  onların  bu  səhvi  ictihadi  səhv  olduğu
               üçün  böyük  günah  hesab  olunmur.  Qeyd  etmək  lazımdır  ki,
               Süleymaniyyə  firqəsi  Aişə,  Təlhə  və  Zubeyri  Əli  (ə)-a  qarşı
               çıxdıqları üçün kafirlikdə günahlandırdıqları kimi, Osmanı da
               öz  qətlinə  səbəb  olan  şəraiti  yaratdığı  üçün  küfrdə  ittiham
               etmişlər. Onlar imamiyyə məzhəbinin bəda* və təqiyyəyə olan
               e᾿tiqadını tamamilə inkar etmişlər.


                  Süleymaniyyə  firqəsi  aradan  getsə  də,  onların  imamət
               mövzusuna dair bə᾿zi nəzəriyyələri bir sıra təriqətlərdə davam
               etdirilmişdir.  Mö᾿təzilə  alimlərindən  bə᾿ziləri,  o  cümlədən
               Cə᾿fər  ibni  Mubəşşir  və  Cə᾿fər  ibni  Hərb,  Süleyman  ibni
   332   333   334   335   336   337   338   339   340   341   342