Page 346 - Islamic Studies 05
P. 346
345) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Qəbrə qoyulduqdan sonra üçüncü dəfə Müfəzzələ İsmailin
kəfənini açdırıb bir daha onlardan soruşdu: O diridir, ya ölü?
Dedilər: Ölü. Bir daha buyurdu: İlahi! Sən Özün şahid ol və
siz də ey camaat şəhadət verin. Çünki tezliklə batil əhli şəkk-
şübhə yaradaraq Allah nurunu söndürmək istəyəcəklər.
İmam Cə᾿fər Sadiq (ə) bu qısa çıxışını bitirdikdən sonra
oğlu Musaya (ə) işarə edərək buyurdu: «Lakin, kafirlər
istəməsələr belə, Allah-taala öz nurunu tamamlayacaqdır.»
Ravi deyir: Sonra İmam (ə) qəbrin üzərinə torpaq tökməyimizi
istədi və hələ bu iş qurtarmazdan əvvəl bir daha soruşdu:
Qəbirdəki qüsl verilmiş, kəfənlənmiş şəxs kimdir? Dedim:
İsmail. Buyurdu: İlahi şahid ol! Sonra Musanın (ə) əlindən
tutub buyurdu: Allah dünyanı və onun əhalisini qoruyub
möhlət verənədək o haqla, haqq da onunladır.
Bu məzmunda nəql olunmuş digər rəvayətlər tarixçi və
ravilər tərəfindən əsaslı şəkildə qəbul olunmuşdur. Bunu da
qeyd edək ki, İsmailiyyə firqəsinin davamçılarının bir çoxu
sonralar İsmailin vəfat etdiyini e᾿tiraf edərək oğlu
Məhəmmədin imamətini iqrar etmişlər. Beləliklə, İsmailiyyə
firqəsi meydana gəlmişdir. İsmailin atasının sağlığında vəfat
etməsi tarixi sənədlərdə o qədər dəqiq işıqlandırılır ki, Abbasi
dövlətindən gizli saxlamaq məqsədi ilə imam Sadiqin (ə) saxta
dəfn mərasimi təşkil etməsi heç cür həqiqətə uyğun ola
bilməzdi və elə bir şəraitdə təşkil olunan dəfn mərasimi ilə
Abbasi dövlət mə᾿murlarını aldatmaq sadəcə olaraq qeyri-
mümkün idi.
Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, İsmail
nə imamlıq iddiası etmiş və nə də İsmailiyyə firqəsinin
bünövrəsini qoymuşdur. Tarixə müraciət etdikdə isə