Page 37 - Islamic Studies 05
P. 37
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (36
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə
bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların
1
şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
Indi isə Notariat və müqavilə hüquqlarına aid bəzi ayələr ilə
tanış olaq.
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-
verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli
bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan
boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək
yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey
əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs
ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o
zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu)
yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər
(şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən
bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri
unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün)
çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun,
yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa
ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün
daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur.
Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu
yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz
vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər
(belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan
çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
2
Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov
qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət
Həmin, 4. 1
Bəqərə, 282. 2