Page 59 - Islamic Studies 05
P. 59

Qadın və uğur (58

               cəsur  qadınların  tərəfindən  maddi  və  mənəvi  cəhətdən
               mühafizə olunaraq , dəstəkləndiyinin şahidi oluruq. O , bütün
               var-dövlətini  İslam  dinin  qorunması  və  inkişafı  yolunda
               xərcləməklə  yanaşı  sevimli  Peyğəmbərimizi  (s.ə.a.s.)  ən
               böhranlı  vaxtlarda  belə  tərk  etmədi.  Böyük  mal-mülkə  sahib
               zəngin  bir xanım olan Xədicənin (s.ə.) bütün  sərvətini İslam
               yolunda  sərf  edərək  ,  sonda  isə  müşriklərin  yaratdığı  iqtisai

               blokadanın  nəticəsində  aclıq  ucbatından  dünyasını  dəyişməsi
                                                                     1
               də qadın fədakarlığının möhtəşəm nümunəsidir.
                      Həmçinin  Xanım  Fatimə  (s.ə)  kimi  dəyərli  xanımların
               atasının və yaxınlarının qürbətinə, ayrılığına dözməklə bərabər
               ,İslam yolunda öz Vətənindən belə köçüb yad şəhərlərə hicrət
               etməsi  onun  simasnda  müsəlman  qadının  əzmindən  xəbər
               verir.
                      2
                      Müsəlman  xanımlar  öz  atalarını  ,  qardaşlarını  ,ərlərini
               və övladlarını Peyğəmbərin (s.ə.a.s.) düşmənlərilə mübarizəyə
               həvəsləndirməklə birgə , onların şəhid olduğunu eşitdikdə də ,
               daim  qürur  hissi  ilə  yüksək  səbir  və  dözüm  nümayiş
               etdirmişlər. Ühüd döyüşündə qardaşının  ,  dayısının və ərinin
               şəhid olduğunu eşidən Himnə binti Cəhişin vüqarla “ hamımız
               Allah  tərəfindən  yaranmışıq  və  hamımız  ona  doğru  geri
               dönəcəyik”-deyə söyləməsi müsəlman qadının hər şeyə qadir
                                          3
               olduğuna bir örnəkdir.
                      Kərbəla qiyamının inkişaf tarixini və hadisələrin məntiqi
               ardıcıllıqla  gedişini  izlədikdə  onun  hər  ləhzəsində  ləyaqətli
               müsəlman xanımının da öz rolu olduğunu anlayırıq. Belə ki ,
               biz İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas
               olan xislətləri Kərbəla qiyamında adı səslənən hər bir qadında
               kamil şəkildə görürük.


                                                                     Sirəti - ibn Hişam c 1 səh 274 1
                                                                     Məsumların həyatı səh 41 2
                                                                      Tarixi - Təbəri c 2 səh 74  3
   54   55   56   57   58   59   60   61   62   63   64