Page 68 - Islamic Studies 05
P. 68
67) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
BMT-nin «Qadınların siyasi hüquqları haqqında»
Konvensiyasına (1953-cü il) müvafıq olaraq, «qadınlar açıq
seçkilər tələb edən, milli qanunlarla təsis edilmiş qurumlara
kişilərlə bərabər şərtlərlə seçilə bilərlər» (Maddə 2) .
Bu cür şərtlərlə «qadınlar ictimai-dövlət xidmətlərində
vezifə tutmaq hüququna malikdirlər» (Maddə 3).
1979-cu ildə BMT tərəfindən qəbul edilmiş «Qadınlara
qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv
olunması haqqında» Konvensiya bütün dövlətlerin qarşısına
dövlət siyasətinin işlənməsi ve həyata keçirilməsində
qadınların kişilərlə bərabər şərtlərdə təmsil olunmasına nail
olmaq, qadınların bərabər əmək haqqı imkanlarını təmin
etmək öhdəliyi qoyur. Qadınların Vəziyyətinə dair IV
Ümumdünya Konfransının Fəaliyyət Platformasında (Pekin,
1995-ci il) göstərilir ki, qərarların hazırlanmasında qadın və
kişilərin bərabərhüquqlu iştirakı demokratiyanı
möhkəmləndirir və onun çərçivəsində fəaliyyət imkanlarını
genişləndirir.
Qədim Yunanıstanda, Afina polisində yaranmış milli
idarəçilik ideya və praktikası əvvəllər vətəndaş hesab
olunmayan qadınların iştirakını tələb etmirdi. Din və inkişaf
edən bütün ictimai proseslər-böyük mədəni intibah, inqilablar
və hüquqlar haqqında qanun kişilərin maraqlarını diqqət
mərkəzində saxlayırdı. «Azadlıq! Bərabərlik! Qardaşlıq!»
kimi demokratik şüarlar qadınlara yönəldilməmişdi. Yalnız
XIX əsrin sonlarında qadınlara kişilərlə bərabər səsvermə
hüquqlarının verilməsi prosesi başlandı. Yeni Zellandiya və
daha sonra Avstraliya qadınlara vətəndaş statusu verən, 1893-
cü ildən isə, onların milli səviyyədə seçicilik hüquqlarını
tanıyan ilk dövlətlərdən oldular. Sənayesi güclü inkişaf etmiş