Page 64 - Islamic Studies 05
P. 64
63) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
əhalinin yatmış qeyrətini oyatmaq üçün onları məzəmmət
etməyə başladılar.
Əvvəlcə Xanım Zeynəb belə buyurdu:
“Ey Kufə camaatı ! Ey hiyləgər və namərd insanlar!
Sizi görüm heç zaman gözünüzdən yaş əskik olmasın! Siz bir
qadına bənzəyirsiniz ki , əlində olan bütün sapları toxuyur ,
sonra da bütün toxuduqlarını sökərək korlayır. Sizin nə
əhdinizin , nə də andınızın heç bir dəyəri yoxdur. Sizin
lovğalanmaq , kəniz tək yaltaqlıq etmək və boşboğazlıq
etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və
qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirət
dünyanız üçün ən pis azuqəni hazırladınız. (Axirət üçün ən pis
azuqə Allahın qəzəbi və (sonsuz) cəhənnəm işgəncəsidir)
Ağlayırsınız? Elədir , ağlayın. And olsun Allaha ki , ağlamağa
layiq insanlarsınız.Çox ağlayın , az gülün . Belə bir namərdlik
və dönüklük edib , (şox iyrənc) ləkə daşıdığınız halda nə üçün
ağlamayasınız? Elə bir şərəfsizliyə əl atdınız ki , heç bir su ilə
yuyub təmizləmək olmaz. Peyğəmbər (s.ə.a.s.) övladını və
Cənnət cavanlarının rəhbərini qətlə yetirməkdən də böyük
rəzillik və ləkə ola bilərmi? Elə bir şəxs ki , sizi haqqa doğru
yönəldən yola işıq və çətin zamanlarınızda pənəhgahınız idi.
Utancınızdan ölün! Xəcalətli üzlərinizi gizlədin. Keçmişdəki
zəhmətlərinizi bütünlüklə bir dəfəyə hədər etdiniz. Gələcəyiniz
üçün isə heç nə əldə etmədiniz. Bundan sonra rəzillik , əskiklik
içində ömür sürəcəksiniz. Çünki Allah0taalanın hiddətinə və
qəzəbinə tuş gəldiniz. Elə bir əmələ əl atdınız ki , az qaldı
qəzəbindən göy sökülüb yerə tökülsün , yer yarılıb parçalansın
1
və dağlar parça-parça olsun.
Xanım Zeynəbin təsirli sözlərindən sonra daha da
peşmançılıq hissi keçirdən , öz pis əməllərinin dəhşətini
anlayan kütlənin gözlərində artıq inqilab qığılcımlarını
Mehdi Pişvayi , Məsum imamların həyatı səh 133,134 1