Page 65 - Islamic Studies 05
P. 65
Qadın və uğur (64
görmək çətin deyildi. Onlar qorxaqlıqları və nankorluqları
üçün dərin təəssüf hissi keçirdir , hansı vəziyyətdə olur olsun
səhvlərini yumaq , təmizləmək barəsində fikirləşirdilər.
İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm Gülsüm
də kufəlilər qarşısında çıxış edərək onları daha da
təsirləndirirdi. Fatimə dedi:
“Ey Kufə əhli ! Ey hiylə və fırıldaq sahibləri ! Bizi kafir
sayıb bunun üçünmü bizim qanımızı axıtdınız? Qılınclarınızda
bizim qanımız damcı-damcı tökülür, buna görə sevinirdiniz?
Tezliklə Allahın qəzəbi çirkin əməllərinizə görə sizə nazil
olacaq. Vay halınıza ! Bizə necə qıydınız? Hansı iyrənc
hissiniz sizə bizi öldürməyə vadar etdi? Ayaqlarınız necə bu
yolda qədəm tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz
daşlaşmışdırmı? Gözləriniz həqiqəti görmür və qulaqlarınız
onu eşitməyə acizdir. Şeytan iyrənc əməllərinizi sizə
“gözəldir”-deyə zinətləndirmişdir...
Ey Kufə əhli ! heç bilirsinizmi Peyğəmbər (s.ə.a.s.)
1
sizdən bu tökülən qanları cavablandırmanızı istəyəcək.”
Təhriflə mübarizə
İslam düşmənləri Kərbəla müsibətindən sonra onu
cürbəcür yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura
qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini və
bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. Bu
qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk etməsi o
zamanın zalım hökumətinin məhvi demək idi. Elə buna görə
də din düşmənləri həm İmam Hüseynin (ə) inqilabının
həqiqətini gizlətmək və həm də özlərinin insanlıqdan uzaq
cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollarla onu təhrif
etməyə başladılar.
Xiyabani , Vəqayeül - əyyam səh 253 1