Page 69 - Islamic Studies 05
P. 69
Qadın və uğur (68
ölkələrdə qadınların seçkilərdə iştirak hüququnun qüvvəyə
minməsi XX əsrin əvvəlinə təsadüf edir.
Qadınlar Finlandiya ve Norveçdə 1906-1907-ci ildə,
Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük
Britaniyada 1918-ci ildə , ABŞ-da 1920-ci ildə, Fransada
1944-cü ildə , İtaliyada 1945-ci ildə , İsveçrədə 1971-ci ildə
sesvermə hüququ qazanmışlar.
Azərbaycanda ilk dəfə qadınların səsvermə hüquqları
barədə məsələnin 1907-ci ildə Çar Rusiyasının Dumasında
Azərbaycanın nümayəndəsi Xasməmmədov qaldırmış və
Dumanın müsəlmanlar fraksiyasında gərgin müzakirələrdən
sonra müsbət həll olunmasına nail olmuşdur. 1918-ci ildə
Azərbaycan Respublikası qadınların səsvermə hüququnu
tanımışdır. İnkişaf etmiş ölkələrin əksəriyyətində qadınlar
səsvermə hüququnu müstəqillik hüququ ilə bir vaxtda əldə
etdilər. Lakin qadınların nə vaxtdan seçki hüququnu əldə
etməsindən asılı olmayaraq, əksər ölkələrin siyasətində qadın
liderliyi və qadın-kişi partnyorluğu problemi həll edilməmiş
qalır.
Baxmayaraq ki, qadınlar seçicilərin yarısını təşkil
edirlər, onların payına parlamentdə orta hesabla 10%, milli
dövlət idarələrində 6% yer düşür.
1994-cü ilin ortalarına aid melumatlara görə, qadınlar
Nazirlər Kabinetinin tam sayının ümumilikdə 6%-ni, inkişaf
etmiş ölkələrdə 5%-i ve inkişaf etmiş sənaye ölkəlerində 8%-i
təşkil edirdilər. Bu göstəricilərə göre, birinci yeri Finlandiya
(39%), ikinci yeri Norveç (35%), üçüncü yeri İsveç (34%),
dördüncü yeri Hollandiya və Seyşel adaları tutur (31%). 1995-
ci ilin əvvəlində dünyada ilk dəfə İsveçdə hər iki cinsin
nümayəndelərinə qarşı təmamilə bərabər münasibətli Nazirlər
Kabineti formalaşdırıldı.
Uğurun zirvəsinə çatmağa çalışan qadın liderləri sıradan