Page 63 - Islamic Studies 05
P. 63
Qadın və uğur (62
“Ey Peyğəmbərin (s.ə.a.s.) övladı ,anam özü mənə
döyüşməyi əmr etdi.”
Belə olduqda Həzrət Hüseyn (ə) Əmrə döyüşmək üçün
icazə verdi və o , qəhrəmanlıqla döyüşüb şəhid oldu.
Kərbəlada müsəlman xanımları yüksək əzm və dözüm
nümayiş etdirərək bütün azadələrə ibrıt dərsi oldular.
1
Vəhəb ibn Abdullah Xəbaba Kəlbinin anası ərinin
ardınca oğlunun da şəhid olduğunu izlədiyi zaman daşürəkli
düşmən qoşunu oğlunun kəsilmiş başını anasına doğru tulladı.
Cəsarətli qadın isə oğlunun başını götürüb vüqarla düşmənə
doğru irəlilədi və onu zülmkar dəstəyə sarı atıb dedi:
“Biz Allah yolunda verdiyimiz qurbanları geri almırıq.”
Aşurada qadınların uğurlu rolu
Düşmənin əsir tutduğu qadınların iradəsini qirmaq üçün
bütün səylərini səfərbər etməsinə baxmayaraq , Əhli-beyt
xanımları izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət
deyil , şirin bir qələbə , zəfər olduğunu sübut etdilər. Onlar öz
xütbələri , çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və
şüarları haqqında maarifləndirərək , onun əhəmiyyəti
barəsində gərəkli təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt
(ə) xanımları müsəlmanlara atəşli xütbələri ilə müraciət edərək
İmam Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha
batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı
olmadıqları üçün öz mənliklərini , şəxsiyyətlərinbi alçaltmış
olduqlarını anlatdılar.
Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları
Həzrət Hüseyni (ə) Kufəyə dəvət edib sonra isə öz əhdinə
vəfasız çıxan qorxaq , əzgin ruhlu kufəliləri gördükdə ,
Tarixi - Təbəri c 3 səh 322 1