Page 66 - Islamic Studies 05
P. 66

65) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                      İbni Ziyad Kufədə İmam Hüseynin  (ə) qiyamının yalnış
               olması  barədə  şübhələr  yaratmağa  çalışdı.  O  guya  bu  işin
               məcburi  qəzavü-qədər  (alın  yazısı)    olduğunu  ,  Hüseyni  (ə)
               Allahın  öldürüyünü  Yezid  və  tərəfdarlarının  bu  işdə  heç  bir
               günahı olmadığını sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt
               (ə)  xanımlarının    və  imam  Səccadın  (ə)  bacarığı,  mübarizəsi
               sayəsində düşmən öz çirkin hədəfinə çatmağa nail ola bilmədi.
               1

                      Ubeydullah ibn Ziyad camaatı Kufənin came məscidinə
               (mərkəzi məscidinə) toplayaraq öz çirkin əməllərinə dini don
               geyindirməyə başladı:
                      “Həmd  olsun  o  Allaha  ki  ,  haqqa  zəfər  əta  etdi  və
               “möminlərin ağasına” (yezidə) , onun dostlarına yardım etdi.
               Yalançı  oğlu  yalançını  (nəuzubilləh)  İmam  Hüseyni  (ə)
                           2
               öldürdü.”
                      Elə bu zaman Xanım Zeynəb (ə) digər qadınlarla birgə
               əsir  şəklində  olmasına  baxmayaraq  vüqarla  məscidə  daxil
               oldu.  Ubeydullah  ondan  kim  olduğunu  soruşduqda  cavab
               vermədi . Kənizlərdən  biri dedi:
                      “O , Allahın Rəsulunun (s.ə.a.s.) qızı Fatimənin (ə) əziz
               övladı  Zeynəbdir(ə).”  Ubeydullah  ibn  Ziyad  ,qardaşları  ,
               övladları  və  digər  yaxınları  şəhid  olmuş  başı  çox  müsibətlər
               çəkmiş  və  indi  əsir  kimi  qarşısında  dayanan  Zeynəbin  (ə)
               qürurunu sındırmağın asan olduğunu zənn etdi. Ona elə gəldi
               ki  ,  azacıq  çağır-bağır  salsa  belə  ,  Zeynəb  ağlayacaq  ,
               yalvaracaq  və  İbn  Ziyaddan  aman  diləyəcək.  camaat  da
               zalımların  haqlı  olduğunu  düşünəcəkdir.  Ona  görə  də
               lovğalıqla dedi:
                      “Həmd olsun o Allaha ki , sizin ailənizi rüsvay edib yer
               üzündən sildi və sözlərinizin yalan olduğunu sübuta yetirdi”


                                               Mür təza Mütəhhəri , Hüseyn (ə) inqilabı c 3. Səh 252 1
                                                              Məs um imamların həyatı səh  130  2
   61   62   63   64   65   66   67   68   69   70   71