Page 71 - Islamic Studies 05
P. 71
Qadın və uğur (70
Azərbaycan Respublikasında qadın hüquqlarını qoruyan
gözəl qanunlar möcuddur və bu qanunların icrasına nəzarət və
icra edən qurumlar da hesabda işləyir. Ancaq buna
baxmayaraq bir çox rayon ve kəndlərimizdə qadın hüquqları
tapdalanır və bütün bu dözülməz haqsızlıqlar mili mentalitet
adında qələmə verirlir.
Bizim təlimimizin məqsədi, insan şüurunda müəyyən
dönüşün təməlini qoymaq ve gələcək nəslin, milli mədəniyyət
ənənələrimizi qoruyub saxlayaraq, daha proqressiv inkişaf
istiqametində addımlamaq imkanını yaratmaqdır.
Hər bir müsəlman üçün müqəddəs sayılan “Qur’ani
Kərim” də qadın hüquqları lazımı səviyyədə əks etdirilib və
müqəddəs hesab olunur. Qadın özü də müqəddəs varlıq kimi
təsvir edilir və kişi qadını həmişə qorumalı və onunla
hesablaşmalıdır.
Azərbaycan qadınlarının güclü potensialı olduğunu
esirlər boyu bütün dünyaya çatdıran minlərlə qadın
siyasətçilərimiz, alimlərimiz, mədəniyyət və incəsənət
xadimələrimiz olmuşdur.
Müasir dövrdə də Qadınlarımız istənilən sahələrdə
çalıçaraq öz məharətlərini göstərirlər və göstərəcəklər, ancaq
onların ailə tərəfindən dəstəklənməsi və başa düşülməsi
respublikamızın hər bölgəsində eyni səviyyədə deyil.
Yuxarıda göstərilənləri nəzərə alsaq, kişilər qadınlara
daha çox imkan, şərait yaratsalar, və qadınlar öz güclərinə
inanıb, potensiallarını inkişaf etdirsələr, həm ailəsinin rifahı
üçün, həm də cəmiyyətimizin inkişafı üçün əvəzsiz töhvələr
verməyə qadirdilər.