Page 70 - Islamic Studies 05
P. 70

69) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                çıxaran, görünməz, lakin  real  maneə  -  şüşə  tavandır. Kişilər
                üçün  bu  cür  maneə  mövcud  deyil.  Vəziyyəti  dəyişmək
                məqsədilə  ABŞ-da  və  Qərbi  Avropada  bir  çox  təşkilatlar
                ictimai  fikrin  təzyiqi  altında  «bərabər  imkanlar  siyasəti»
                adlanan siyasət həyata keçirirlər.
                      Ancaq  aydın  olur  ki,  bu  siyasət  reallıqda  həyata
                keçirilərkən  və  iş  yerində  kişi  personalı  tərəfindən

                müqavimətlə qarşılanır. Qadının rəhbərlik yolunda ciddi rolu
                cinslərin sosializasiyası ilə bağlı maneələr oynayır: insanların
                əksəriyyəti qadının aşağı siyasi statusa malik olmasında sosial
                haqsızlıq görmürlər.
                      Qadın  liderlərin  keyfiyyətlər  sırasına  görə  kişi
                həmkarlarından  fərqlənməməklərinə  baxmayaraq,  onların
                liderlik  rolu  üçün  yararsızlığı  haqqında  sabit  təsəvvürlər
                mövcuddur.  Dünyanın  müxtəlif  ölkələrində  qadınların
                sosiallaşması elə şekilde baş verib və hazırda da baş verir ki,
                onların öz karyerasını və siyasi cəhdlərini gücləndirən xüsusi
                ambisiyalar inkişaf etmir.
                       Qadınlar  üçün  liderlik  məktəbi  QHT  olub.  QHT-yə
                üzvlükdə  opponentlər  tərəfindən  bu  cür  qarşıdurma  mövcud
                deyil,  ona  görə  ki,  QHT  siyasi  fəaliyyətlə  məşğul  olmur.
                Qərar qəbul edilməsində kişilərin üstünlüyü ona gətirib çıxarır
                ki,  qadın  maraqları  nəzərə  alınmır.  Bu,  onların,  onsuz  da,
                bərabərsizliyə malik mövqelərini zəiflədir və mövcud gender
                rollarının aradan götürülməsinin qarşısını alır.
                       Qadınların  qərar  qəbulunun  bütün  səviyyələrində  irəli
                çəkilməsi – istər qadınların özündən, istərsə də dövlətdən səy
                tələb    edən      strategiyaların     işlənməsini     tələb     edir.
                      Deyilənlərdən belə qenaətə gəlmək olar ki, qadın lider
                ola  bilər.  Ancaq  bunun  üçün  o,  ilk  növbədə  öz  hüquqlarını
                bilməli  və  onlardan  öz  fəaliyyətlərində  düzgün  istifadə
                etməlidirlər.
   65   66   67   68   69   70   71   72   73   74   75