Page 74 - Islamic Studies 05
P. 74
Fəlsəfə elminə qısa bir baxış
Kəmalə Əsgərova1
Abstrakt
Fəlsəfi məsələlər çox qədimdən araşdırılsa da, müstəqil
şəkildə olmamışdır. Fəlsəfi fikirləri bütün elmlərdən ayrı və
müstəqil şəkildə öyrənməyi lazım bilən ilk şəxs tanınmış
yunan filosofu Aristotel oldu. O, bu sahadə öz nəzəriyyələrini
məqalə şəklində yazmağa başlamış, lakin bu elmə heç bir ad
qoymamışdı. Sonralar Aristoteldən qalan əsərləri cəm edib
ensiklopediya halına gətirdilər. Yuxarıda qeyd etdiyimiz elmi
sahə, yə’ni Aristotelin fəlsəfi fikirləri bu kitabda fiziki
elmlərdən sonra yer tutdu. Bu elmin xüsusi bir adı olmadığı
üçün onu «Metafizika», yə’ni «fiziki elmlərdən sonrakı elm»
adlandırdılar. Bu ad həmin elmə ensiklopediyanın tərtibinə
əsasən qoyulmuşdu. Tədricən bu məsələ unuduldu və alimlər
belə bir qənaətə gəldilər ki, metafizika bu elmin mahiyyətinə
əsasən meydana gəlmişdir.
Açar kəlmələr: Fəlsəfə, elm, İslam, metafizika
Giriş
Fəlsəfə –sözü yunan mənşəlidir. O, «phileo»–sevirəm və
«sophia» – elm, müdriklik kəlmələrinin birləşməsindən əmələ
gəlmiş mürəkkəb bir sözdür. Bütövlükdə bu sözün mə’nası
elmi, «müdrikliyi sevirəm», yaxud «sevmək» kimi başa
düşülür. Bu elmin nə zaman və nə üçün belə adlandırılması ilə
bağlı ehtimallar çox olmasa da, bir deyil. Fəlsəfənin mahiyyəti
- İslam araşdırmaları fak ültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, 1
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran