Page 75 - Islamic Studies 05
P. 75

Fəlsəfə elminə qısa bir baxış (74

               və  onun  ehtiva  etdiyi  məsələlər  barədə  konkret  tarix
               müəyyənləşdirmək  olmaz.  Bu  mə’nada  ki,  bəşəriyyətin  ilk
               filosofu elə onun babası Adəmdir (ə).
                 Fəlsəfə  tarixi  sahəsində  yazılmış  kitablarda  rast  gəldiyimiz
               ehtimallardan  biri  həmin  terminin  ilk  dəfə  Samoslu  Pifaqor1
               tərəfindən  işlədildiyini  vurğulayır.  Lakin  daha  münasib
               ehtimal  fəlsəfə  terminini  məhşur  yunan  filosofu  Sokratla2

               əlaqələndirən  nəzəriyyədir.  Bu  ehtimala  görə  Sokrat  özünü
               filosof adlandıran ilk şəxs olmuşdur. Sokrat bu adı öz üzərinə
               götürdüyü  zaman  –Sofizm  (Sophisma)  adı  ilə  geniş  yayılmış
               bir  məktəblə  elmi  mübahisələr  aparmaqda  idi.  Bu  məktəbin
               nümayəndələri,  yə’ni  Sofistlər  özlərini  alim,  müdrik  (sofizm
               sözünün mə’nası belədir)  adlandırsalar  da  elm  və  idrakın əsl
               düşmənləri idilər. Onlar heç bir şeyin həqiqət olmadığını iddia
               edir, həqiqət varsa da onu dərk etməyin qeyri-mümkünlüyünü
               söyləyirdilər.  Sofizm  əsasən  materialist  yönümlü  bir
               anlayışdır,  lakin  bu  anlayışla  heç  materiyanı  da  dərk  etmək
               mümkün deyildir. Sofistlər öz müddəalarını isbat etmək üçün
               bütün məntiqi qanunlara zidd olan yalançı bir üslubdan istifadə
               edirdilər.  Bu  üsluba  Sofistika1  deyilir.  Sofistlər  vahid
               məktəbdə birləşmirlər. Lakin Cənubi İtaliyada meydana gəlmiş
               «Eleya məktəbi» bu sahədə daha çox fərqlənir.
                 Belə  bir  zamanda  dahi  mütəfəkkir  olan  Sokrat  bu  batil
               məktəblə üz-üzə dayandı. Məhz buna görə də, o, özünü Sofist
               –alim,  müdrik  deyil,  filosof,  yə’ni  elmi,  müdrikliyi  sevən



               1 Samoslu    Pifaqor    –    Pythaqoras  –    Q ə dim   yunan   müt  ə f ə  kkiri .   Eramızdan  ə    vv  ə t   l ə  qrib    n ə
               580-500-də yaşamışdır. Samos adasında anadan olmuş, Pifaqorçular məktəbinin əsasını
               qoymuşdur.  Həndəsədə  Pifaqor  teoreminin  (Düzbucaqlı  üçbucaqda  hipotenuzun
                                       kvadratı katetlərin kvadratları cəminə bərabərdir) müəllifidir.
               2 Sokrat  –    eramızdan  ə    vv    l ə  469 - 399 - da   Afinada   yaşamışdır .  Platon ,  Aristipp ,  Evklid   kimi
                                  dahilərin müəllimi sayılır. Ondan yazılı şəkildə heç nə qalmamışdır.
               1 Sofistika    – mübahis ə   zamanı  ə s    hv    ə d  lill ə ri ,   formal    düzgünlükl ə   ə p  rd  ə t   k ə r ə y ə l ə  tbiq
                                                                                 etməkdir.
   70   71   72   73   74   75   76   77   78   79   80