Page 76 - Islamic Studies 05
P. 76

75) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               adlandırdı.  Başqa  bir  ehtimala  görə,  Sokrat  hədsiz
               təvazökarlığı  səbəbi  ilə  alim  adlanmasından  imtina  etdi.  Bir
               sözlə  Sokrat  insan  təfəkkürünün  əvəzsiz  fədaisi,  fəlsəfənin
               «Tacsız  kralı»  sayılır.  Bu  «Fəlsəfə  kralı»  öz  zamanında,
               xüsusilə  ilahiyyatın,  humanizmin  və  əxlaqi  məsələlərin
               inkişafında  müstəsna  rol  oynamışdır.  Şərq  filosoflarının  bir
               qismi Sokratın peyğəmbər olması ehtimalını da irəli sürmüşlər.

               Bu  ehtimalla  ziddiyyət  təşkil  edən  yeganə  məsələ  Sokratın
               nəzəriyyələrində  bə’zi  çatışmazlıqların  olması  faktıdır.  Lakin
               bu ziddiyyəti aradan qaldırmaq o qədər də çətin deyil. Belə ki,
               biz  Sokratın  nəzəriyyələrini  yalnız  onun  tələbələrinin
               əsərlərində müşahidə edə bilirik. Onun nəzəriyyələrinin yalnız
               bu  əsərlərdə  əks  olunması  onların  təhrif  olunması  ehtimalını
               artırır.  Qədim  yunan  qövmü  içərisində  İlahi  elçilərin
               mövcudluğu  zərurəti,  heç  də  həqiqətdən  uzaq  deyil.  Bu
               zəruriyyətin təsdiqini «Qur’ani-Kərim»də də görə bilərik:
                 «Elə  bir  ümmət,  qövm  yoxdur  ki,  onun  içərisindən  bir
               peyğəmbər olmasın».2
                 Biz  bu  ehtimalın  düzgün  olması  haqda  deyil,  mümkünlüyü
               barədə  danışırıq.  Təsdiqləyəcəyimiz  yeganə  məsələ  odur  ki,
               Sokrat  sözün  həqiqi  mə’nasında  bir  ilahiyyatçı  filosof
               olmuşdur.
                 Aristotelin  fəlsəfi  fikirləri  ilahiyyata  və  ümumi  əqli
               məsələlərə  aid  olduğu  üçün  belə  adlandırılmışdır.  Beləliklə,
               metafizika öz həqiqi mə’nasını itirib, «Transfizika –fizikadan
               başqası»  anlamını  kəsb  etdi.  Bu  məsələ  ilk  növbədə  Avropa
               filosoflarının arasında meydana gəlmiş və yayılmışdır.
                 İsa Məsihin (ə) peyğəmbərliyindən sonra xristianlıq dininin
               geniş yayılması fəlsəfi fikirlər üçün yeni bir mərhələ oldu. Bu
               mərhələni antik fəlsəfə (Sokrat, Platon, Aristotel fəlsəfəsi) ilə
               xristian  dini  tə’limlərinin  qarşılıqlı  əlaqələri  təşkil  edirdi.  Bu

               2Fatir surəsi, ayə 24.
   71   72   73   74   75   76   77   78   79   80   81