Page 77 - Islamic Studies 05
P. 77
Fəlsəfə elminə qısa bir baxış (76
qarşılıqlı əlaqələr Avropa kilsələrində tədris olunan «Sxolastik
fəlsəfəni» (Scholasticos) meydana gətirdi. Sxolastik fəlsəfə
təhrif olunmuş Bibliya2 tə’limlərini əsas götürərək
özünəməxsus bir fəlsəfi sistem yaratdı. Sxolastika
nümayəndələri bu sistemi yaratmaqla Avropada yeganə fəlsəfə
təmsilçisinə çevrildilər. Avropa fəlsəfəsinin ən böyük
«bədbəxtliyi» də, məhz bu olmuşdur.
Sxolastika tə’limində metafizika kor-koranə şəkildə qəbul
olunur, dünyanın fiziki mənzərəsi yalnız Ptolomeyin1 baxışları
ilə izah edilirdi. Onlar öz tə’limləri ilə ziddiyyət daşıyan hər
hansı bir nəzəriyyəni rədd edir, həmin nəzəriyyə sahiblərinə
divan tuturdular. Fizika alimlərinin hələ 13-14-cü əsrlərdəki
cəhd və kəşfləri sxolastikanın, xüsusilə də bu fəlsəfi cərəyan
nümayəndələrinin dünyanın fiziki mənzərəsi yönündəki
tə’limlərinin yanlış olduğunu aydınlaşdırırdı. Sxolastika
dünyanın geosentrik sistemə tabe olduğuna inanırdı.
Geosentrik sistem Ptolomey tərəfindən əsaslandırılmış antik
fiziki nəzəriyyədir. Bu nəzəriyyəyə görə Yer hərəkətsiz olub
kainatın mərkəzi sayılır və Günəş daxil olmaqla bütün səmavi
cisimlər Yerin ətrafında dövr edirlər. Geosentrik dünya
sisteminə qarşı duran nəzəriyyə Heliosentrik sistemidir.
Heliosentrik sistem isə Kainatın mərkəzini Yer deyil, Günəş
haseb edir. Hələ qədimdən nəzəri şəkildə söylənilmiş bu
fərziyyə, nəhayət, 16-cı əsrdə polyak astronomu Nikolay
Kopernik (1473-1543) tərəfindən isbat olundu. Sxolastika
tə’limlərinin elmi şəkildə özünü doğrultmaması Avropada
fəlsəfi fikirlərə tamamilə kölgə saldı. Bütünlükdə Avropa
Sofizmə, eləcə də hər şeyə şübhə ilə yanaşmağa meyl etdi.
2Bibliya – yunan dilində kitablar deməkdir. Yəhudilik və xristianlığa aid kitablar
külliyatı –50 kitab əhdi-ətiq yəhudi tə’limləri, 27 kitab əhdi-cədid xristianlıq tə’limlərini
əhatə edir.
1 Ptolomey –eramızdan əvvəl 2-ci əsrdə yaşamış yunan filosofu. Geosentrik dünya
sistemi nəzəriyyəsinin banisi sayılır.