Page 80 - Islamic Studies 05
P. 80

79) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               dir.  Hegelin  bu  təfəkkürü  19-cu  əsrdə  «Sol  hegelçilər»in
               meydana gəlməsinə səbəb oldu. Onların lideri Karl Marks1 idi.
               Marks,  Hegelin  idealizmini  darmadağın  edərək  radikal  bir
               materializmin  bünövrəsini  qurdu.  Qeyd  etmək  lazımdır  ki,
               Hegelçiliyin  materialistcəsinə  təhlil  olunmasında,  Marks,
               bilavasitə  alman  ateisti  Lüdviq  Feyerbaxın2  müstəsna  tə’siri
               altında  olmuşdur.  Marks  Hegelin  «inkarı  inkar  qanunundan»

               daha  kəskin  və  ateist  nəticələr  çıxarmışdı.  O,  bu  qanunu
               ümumiləşdirərək  dialektika  və  tarixi  materializmin  əsasını
               qoydu. Dialektika və tarixi materializmə görə iqtisadi amillər
               hər hansı bir cəmiyyətdə onu inkar edən əkslik rolunu oynayır.
               Bu  əksliyin  həmin  cəmiyyəti  inkar  etməsindən  yeni  bir
               cəmiyyət  meydana  gəlir.  Marks  bu  qanuna  əsasən,  inkişaf
               etmiş  bütün  kapitalist  cəmiyyətlərinin  sosializmə  keçəcəyini
               düşünürdü.  Biz  Marksizmin  nə  qədər  gülünc  bir  nəzəriyyə
               olduğunu  «Sosializm,  Kapitalizm  və  İslam  iqtisadiyyatı»
               kitabında bəyan edəcəyik.
                 Kantdan başlayaraq Almaniyada idealizmin formalaşdığı bir
               dövrdə Fransa filosofları «təcrübəyə doğru geriyə» şüarını irəli
               sürdülər.  Bu,  yaranmaqda  olan  yeni  bir  təfəkkürün,
               «Pozitevizm  fəlsəfəsi»nin  şüarı  idi.  Pozitevizm  fəlsəfə  və
               metafizikaya  qarşı  daha  «qəddar»  mövqe  tutmuşdu.  Bu
               məktəbə görə, ümumi əqli məsələlərdən bəhs edən fəlsəfə və
               metafizika adlı heç bir şey yoxdur. Pozitevizmin banisi Ogüst
               Kont3 sayılır. İngiltərədə isə bu fikri inkişaf etdirən və vüs’ət



               1Karl  Marks  –  1818-1883-də  yaşamış,  məşhur  materialist  filosof,  tarixi  materializm-
               marksizmin banisi. İnqilabi fikirlərində proletar fəhlə sinifinin müdafiəsi mövqeyindən
               çıxış etmişdir. Ən məşhur əsəri siyasi-iqtisadla bağlı olan «Kapital» kitabıdır.
               2Lüdviq Feyerbax – 1804-1872-də yaşamış alman mənşəli materialist və ateist filosof .
               Hegel  fəlsəfəsinin  materializmə  yönəldilməsində  əvəzsiz  rolu  olmuşdur.  Ateist
               baxışlarına görə 1830-cu ildə Erlangen universitetindən qovulmuşdur.
               3Ogüst  Kont  –1798-1857-də  yaşamış  fransız  filosofu.  Məşhur  fransız  sosialisti,
               inqilabçı Sen-Simonun(1760-1825) katibi olmuşdur.
   75   76   77   78   79   80   81   82   83   84   85