Page 79 - Islamic Studies 05
P. 79

Fəlsəfə elminə qısa bir baxış (78

               məhz  bu  elmi  nüfuzu  öz  fəlsəfəsinin  vüs’ət  tapmasında
               mühüm rol oynamışdır.
                 Müasir  Avropa  fəlsəfəsinin  formalaşması  haqda  danışarkən
               İmmanuil  Kantın1  da  rolunu  qeyd  etmək  lazımdır.  Onun
               klassik alman idealizminin yaranmasında da xüsusi xidmətləri
               olmuşdur.  Kant  fəlsəfəsi  özünün  tənqidi  çıxışları  ilə
               fərqlənmişdir.      Bu    fəlsəfəyə     tənqidi    fəlsəfə    (critical

               philosophgy),  yaxud  transsendental  idealizm  deyilir.  Kant
               empirizm dalğasından, başqa sözlə desək «Təcrübəyə bağlılıq»
               ruhundan  tam  xilas  ola  bilməmişdi.  Bununla  belə  o,
               metafizikaya,  xüsusilə  də  Allaha  inanmağın  zəruri  olduğunu
               deyirdi. Yalnız, Kant təcrübədən kənarda qalan bu varlıqların
               dərkolunmazlığını  iddia  edirdi.  Bu  filosofa  görə  bizim  hiss
               üzvləri  ilə  dərk  edə  bilmədiyimiz  şeylər  «özündə  şey»
               sayılmalıdır. «Özündə şey» isə dərkolunmazlıqdır.
                 Bir  müddət  sonra  Kant  idealizmi  məşhur  filosof  Georq
               Vilhem  Fridrix  Hegel2  tərəfindən  inkişaf  etdirildi.  Hegel
               alman  idealizminin  əsas  nümayəndələrindən  sayılır.  O,
               materiyanın  deyil,  ruhun  əsas  və  birinci  olduğuna  inanırdı.
               Lakin  Hegelin  varlıq  barədə  sistemləşdirdiyi  tə’lim,  həqiqəti
               bir  növ  inkar  etmək  idi.  Bu  tə’lim  thesis-antithesis-synthesis
               kimi formalaşan «inkarı inkar qanunu» idi. Bu qanun iki əks
               şeyin vəhdətini tərənnüm edir. Bu vəhdət, həm də mübarizədir.
               İki əks şey bir-biri ilə mübarizə edir və nəticədə şey öz əksini
               «inkar» edərək məhvə mə’ruz qoyur. Lakin bu elə məhvdir ki,
               ondan inkarı inkar edən üçüncü bir şey törəyir. Deməli, birinci
               şey  –  thesis,  ikinci  onu  inkar  edən  əkslik  –  antithesis  və
               nəhayət yaranmış üçüncü şey, inkarı inkar edən – synthesis -

               1İmmanuil  Kant  –1724-1804-də  yaşamış  Alman  filosofudur.  Köniqsberqdə  anadan
               olmuş,  klassik  alman  idealizmini  yaratmışdır.  Kosmoqoniyada  kainatın  dumanlıqdan
               yaranmasını iddia edən «Nebulyar» hipotezini irəli sürmüşdür.
               2Georq  Vilhelm  Fridrix  Hegel  –  1770-1831-də  yaşamış  Alman  filosofu.  Klassik
               idealistlərdən sayılır.
   74   75   76   77   78   79   80   81   82   83   84