Page 78 - Islamic Studies 05
P. 78
77) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Onlar –əgər bu gün Geosentrik tamamilə səhv bir nəzəriyyə
olması isbat olundusa, digər fəlsəfi fikirlərin də yalan
olmadığına zəmanət varmı? –deyə düşünürdülər.
Belə bir zamanda yeni bir təfəkkür formalaşdı. Bu təfəkkür
«Empirizm fəlsəfəsindən» ibarət idi. Empirizm fəlsəfəsi hər
şeyin təcrübəyə bağlı olduğunu iddia edir və insan idrakının
təcrübədən kənarda olan hər hansı bir şeyi isbat etməyə qadir
olmadığını söyləyirdi. Bu təfəkkür tərzinə hələ 14-cü əsrdə
ingiltərəli filosof Uilyam Okkamda (1285-1349) təsadüf etmək
olar (Nominalizm). Sonralar isə Empirizm fəlsəfəsi Frensis
Bekon (1561-1626), Tomas Hobbs (1568-1679), Con Lokk
(1632-1704) və Devid Yum (1711-1778) tərəfindən müxtəlif
şəkillərdə inkişaf etdirilmişdi. Empirizm dalğası bütün
Avropanı «Təcrübəyə bağlılıq» ruhuna qərq etdi.
Avropalıların fəlsəfədən şübhəyə düşdükləri bir dövrdə digər
tərəfdən görkəmli fransız filosofu Rene Dekart1 yeni bir fikirlə
çıxış etməyə başladı. Dekart avropalıların «şübhəsini» öz
fikirlərinin əsası qərar verdi. O şübhənin mövcudluğunu
həqiqətin mövcudluğuna dəlalət edən başlıca amil hesab
edirdi. Sonralar Dekart öz fəlsəfəsini «Goqito erqo sum –
düşünürəmsə, deməli mövcudam» prinsipi üzərində
sistemləşdirdi. Dekartın bu prinsipində yanlış məqamların
olduğunu ikinci fəsildə açıqlayacağıq. Lakin qeyd etmək
lazımdır ki, bu filosofun Sofizm cərəyanından olan müasirləri
ilə mübarizəsindəki nailiyyətləri inkarolunmazdır. Dekart
riyaziyyatda analitik həndəsənin, kosmoqoniyada Günəş
sisteminin təbii inkişafının, fiziologiyada reaksiyaların
reflektor hadisəsinin ilk elmi təsvirlərinin banisi sayılır. Onun
1Rene Dekart –1596-1650-də yaşamış fransız mənşəli filosof, riyaziyyatçı, fizik və
fizioloq. Niderlandda 20 il təhsil almışdır. Ən böyük uğuru analitik həndəsəni
yaratmasıdır. Həndəsədə absis və ordinat oxlarını müstəvi üzərində ilk dəfə tətbiq etdiyi
üçün bu koordinatlar Dekart koordinatları adlanır.