Page 82 - Islamic Studies 05
P. 82

81) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)



                  Müsəlmanların fəlsəfİ baxışları
                 İslam  dininin  zühur  etdiyi  gündən  müsəlmanlar  arasında
               fəlsəfi fikirlər mövcud olmuşdur. Belə ki, «Qur’ani-Kərim» öz
               İlahi də’vətində insanları əqli nəticələr vasitəsilə metafizikaya,
               Allaha,  mələklərə  və  Axirət  gününə  inam  bəsləməyə
               səsləyirdi. Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm
               şəklində VIII əsrdən e’tibarən geniş yayılmağa başladı. Bu bir
               tərəfdən  müsəlmanların  sıralarında  ilahiyyat  məsələləri  ilə
               bağlı ciddi ixtilafların baş qaldırdığı, digər tərəfdən isə Abbasi
               xəlifələrinin yunan, hind və iran fəlsəfə kitablarını ərəb dilinə
               tərcümə  etdirib,  geniş  yaydıqları  zamana  təsadüf  edir.  Hələ
               ilkin  mərhələlərdən  başlayaraq,  İslam  alimləri  bütün  əqli
               elmləri  fəlsəfə  kimi  tanıyırdılar.  Onlar  tarix,  ədəbiyyat,
               dilçilik,  təfsir,  hədis,  üsul  və  fiqh  kimi  nəqli  elmləri  çıxmaq
               şərti ilə ilahiyyat, cəbr, həndəsə, astronomiya və musiqi kimi
               bütün əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab etmişlər.
                 Bu baxımdan, fəlsəfə ümumi bir elm olduğundan onun üçün
               xüsusi  bir  tə’rif  və  mövzu  göstərilməmişdir.  Bu  mərhələdə
               İslam mütəfəkkirləri fəlsəfəni aşağıdakı hissələrə bölmüşlər:
                 1.Nəzəri  fəlsəfə;  Bu  növ  fəlsəfə  əşyanın  olduğu  kimi
               tədqiqinə varır, onun malik olduğu kəmiyyət və keyfiyyətləri
               araşdırır.  Nəzəri  fəlsəfə  də  öz  növbəsində  üç  hissədən
               ibarətdir:
                 a)  İlahiyyat;  ali  təbəqəli  fəlsəfə.  Bu  fəlsəfənin  mövzusu
               ümumi şəkildə varlıqdır. Başqa sözlə desək, bu fəlsəfə var olan
               hər  bir  şeyin  kim  və  ya  nə  olduğundan  asılı  olmayaraq,
               ümumilikdən  söhbət  açır.  Demək,  bizim  düşündüyümüzün
               əksinə  olaraq  «İlahiyyat»  fəlsəfəsi,  təkcə  «Allahın»
               varlığından danışmır. Lakin «Allah» məfhumu bu elmin ən ali
               mövzusu olduğu üçün «İlahiyyat» adı ilə tanınmışdır.
   77   78   79   80   81   82   83   84   85   86   87