Page 89 - Islamic Studies 05
P. 89
Fəlsəfə elminə qısa bir baxış (88
düşünürəm, demək mövcudam», – prinsipini ortaya atmışdı.
Filosof bu prinsiplə avropalıların şübhəsini qismən də olsa, dəf
edə bildi, lakin Dekart prinsipinin özü də, nöqsansız deyildi.
Çünki insan öz düşüncəsinin (yaxud şübhəsinin) mövcudluğu
ilə öz mövcudluğunu qəbul edə bilməz. Əksinə, əvvəlcə
insanın öz varlığı dərk olunmalıdır ki, bu varlığın düşünə
bilməsi də isbat olunsun.
Həqiqətdə isə bu nəzəriyyəni (vücudun həqiqətini inkar edən
nəzəriyyəni) rədd etmək üçün dəlil gətirməyə ehtiyac
duyulmur. Bu nəzəriyyə (əgər qərəzli deyilsə), sadəcə insanın
ruhi naxoşluğundan irəli gələ bilər. Deyilənə görə, ibn Sina bu
fikirdə olanları başa salmaq üçün «dəyənək sübutundan»
(Arqumentum baculinum) istifadə etməyi məsləhət görərmiş.
Sofistlərin bir qrupu aləmdə, yalnız bir həqiqətin olduğunu
söyləyir. Bu həqiqət də sofistin özüdür. Onlara görə «mən»dən
başqa heç bir şeyin həqiqəti yoxdur. Bu nəzəriyyə də
məntiqsizliyinə görə öncəkindən geri qalmır. İslam fəlsəfəsinin
ən böyük şəxsiyyətlərindən olan, zəmanənin möcüzəsi sayılan
Şəhid Məhəmməd Baqir Sədr1 «Fəlsəfəmiz» kitabında bu
nəzəriyyəni sadə bir dəlillə rədd edərək yazır (ixtisarla): «Bu
nəzəriyyə sahibləri özləri də bilmədən, özlərindən başqa
həqiqətlərin mövcud olduğunu qəbul edirlər. Əgər sofistin
özündən başqa həqiqi varlıq yoxdursa, bu nəzəriyyəni, məqalə
və kitabları kimin üçün yazmışlar?!»
Aqnostisizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, aləmdə
həqiqi varlıqlar mövcuddur, lakin bu varlıqlar
dərkolunmazdırlar. Antik fəlsəfədə yunan filosofu Elidalı
1 ə Ş hid M ə h ə mm d ə Baqir S ə dr – İraqda yaşamış filosof , müct ə hid , fitri iste ’ dadı il ə
zəmanənin möcüzəsi hesab olunmuşdur. Hələ gənc yaşlarında ikən «Fəlsəfəmiz»,
«İqtisadiyyatımız» və « İctimaiyyatımız» kitablarını yazmış, fəlsəfi, ictimai-siyasi,
iqtisadi nəzəriyyələrini açıqlamışdır. Onun bir çox kitabları dini elm mərkəzlərində
tədris olunur. Mübariz fikirlərinə görə mənfur İraq rejimi tərəfindən həbs olunaraq
faciəvi şəkildə şəhid edilmişdir.