Page 114 - Islamic Studies 06
P. 114
Vəhyin mahiyyəti / 113
yanına gətirib o həzrətdən xahiş edir: “Mənim oğlum xurma
yeməyi çox xoşlayır. Amma görürəm ki, xurma onun
sağlamlığına mənfi təsir göstərir. Sizdən xahiş edirəm, oğluma
tapşırın ki, xurma yeməsin. O, Sizi çox sevir, əgər Siz ona
tapşırsanız, sözünüzdən çıxmaz”. Amma ananın təəccübünə
rəğmən Peyğəmbər uşağa heç nə demir, anadan xahiş edir ki,
uşağı da götürüb getsin, sabah yenə gəlsinlər. Ertəsi gün
gələndə isə Peyəmbər sadəcə olaraq üzünü uşağa tutub
buyurur: “Xurma sənin üçün ziyandır. Bundan sonra xurma
yemə”. Hadisəni təəccüblə seyr edən ana soruşur: “Ey Allahın
Rəsulu! Əgər məsələ bununla bitirsə, niyə bu sözləri dünən
demədiniz, işi bu günə saxladınız?”. Peyğəmbər mehribanlıqla
cavab verir: “Dünən mən özüm də xurma yemişdim,
fikirləşdim ki, bu halda sözümün təsiri olmayacaq. Bu gün isə
xurma yemədim ki, uşaqdan bunu istəməyə haqqım olsun”.
Bəzən kiçik saydığımız, düşüncələrinə əhəmiyyət
vermədiyimiz övladlar bizim nöqsanlarımızı özümüzdən də
yaxşı görürlər. Və bunun əsasında onların zehnində bizim
haqqımızda təsəvvür yaranır. Ayıq-sayıq olmalıyıq ki, öz səhv
hərəkətlərimiz və yalanlarımızla uşağın yanındakı etibarımızı
itirməyək. Eynilə aşağıdakı əhvalatda olduğu kimi: Bir gün
padşah bir alimi saraya dəvət edir. Nahar vaxtı çatanda alim
həmişəkndən az yemək yeyir ki, onun təqvasına şübhə
etməsinlər. Namaz vaxtı çatanda isə həmişəkindən daha artıq
ibadət edib, namazın vaxtını uzadır. Saraydan evə qayıtdıqdan
sonra alim ailəsinə bildirir ki, acdır və yemək istəyir. Bu
zaman oğlu soruşur: “Ata, məgər sarayda yemədinmi?”. Alim
cavab verir: “Yedim, amma az yedim ki, padşah mənim
haqqım¬da pis fikrə düşməsin”. Oğlu deyir: “Onda dur,
sarayda qıldığın namazı da təzədən qıl. Çünki yeməkdə olduğu
kimi, namazda da riya etmisən!”.