Page 115 - Islamic Studies 06
P. 115

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /114

               Ananın övladın təlim-tərbiyəsindəki rolu
                   Ananın təlim-tərbiyədə oynadığı rol danılmazdır. Ana bu
               baxımdan  rəhbərlik  və  bələdçilik  məsuliyyətini  daşıyır.  O,
               övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı onu aydın
               düşüncəyə,  saf  əqidəyə  və  ədəb-ərkana  yiyələndirməli,  bu
               yolla da onun gələcəyini, habelə gələcək cəmiyyəti qurmalıdır.
                   Yaradılışın  əbəs  olmadığını  düşünmək  və  həyata  qarşı

               ümidvar  olmaq  təlim-tərbiyə  və  maariflənmənin  ən  böyük
               səmərələrindəndir.
                   Aydındır ki, bu ağır məsuliyyətin öhdəsindən gəlmək üçün
               ana  özü  də  maariflənməli  və  başqalarının  təcrübələrindən
               istifadə  etməlidir.  Bu  işdə  islam  dininin  əxlaq,  ədəb-ərkan
               (etika-estetika) və müxtəlif yaş dövrünə müvafiq təlim-tərbiyə
               üsulları  bəyan  edən  mötəbər  kitablardan  faydalanmaq  siz
               analara böyük kömək göstərər.
                   Gələcək  nəslin  formalaşmasında  ana,  əsas  aparıcı
               qüvvədir. Ailə və cəmiyyətdə davranışın ilkin təlimlərini uşaq
               anadan  öyrənir.  Habelə,  cəmiyyətdə  qarşılıqlı  anlaşma  və
               fikirlər mübadiləsi üçün yaranan danışıq dilini hər bir uşaq öz
               anasından  öyrənir.  Ananın  ağuşunda  boya-başa  çatan  uşaq,
               özünəxas  düşüncəyə  yiyələnir  və  təbii  ki,  gələcəkdə  bu
               düşüncələri  müdafiə  etməyə  səy  göstərir.  Uşağın  bütün  bu
               sadalananlarada müvəffəqiyyət əldə etməsi isə düzgün təlim-
               tərbiyəyə bağlıdır. Başqa sözlə, ananın düzgün təlim-tərbiyəsi
               övladının  səadətinə,  yanlış  təlim-tərbiyə  isə  sonrakı
               peşmançılığa  bais  olur.  Dünyaya  yeni  göz  açan  körpəyə
               hamıdan yaxın və daim onunla ünsiyyətdə olan onun anasıdır.
               Ana  uşağın  maddi  ehtiyaclarını  təmin  etməklə  yanaşı  onun
               ruhuna və hissiyyatlarına da birbaşa təsir göstərir.

                   Həqiqətdə uşağın həm cisminin, həm də ruhunun sağlam
               inkişafı  ananın  varlığına  bağlıdır.  Yəni  ananın  uşaqla  daim
   110   111   112   113   114   115   116   117   118   119   120