Page 132 - Islamic Studies 06
P. 132

Vəhyin mahiyyəti / 131

               səhvlərini  anlayacaq,  yaxşı  işi  ilə  "günahlarını”  yumağa
               çalışacaqlar.  Tutduğu  əməllərə  görə  uşaqlarla  elə  söhbətlər
               aparılmalı,  onlara  elə  təsir  göstərilməlidir  ki,  o  həmin  pis
               hərəkətin onun üzvü olduğu, kollek- tivə, valideynlərə, ailənin
               şərəfinə,  nüfuzuna,  ümumiyyətlə,  cəmiy-  yətə  nə  kimi  zərər
               vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına
               düşüncəli  nəzarət  etsin,  yaşlıların  xeyirxah  məslə-  hətlərinə

               qulaq  assın.  Bunun  üçün  isə  valideynlər,  ilk  növbədə,
               tərbiyənin məqsədini aydın təsəvvür etməlidirlər.
                   A.S.Makarenko  göstərirdi  ki,  bəzi  ailələrdə  bu  məsələyə
               daim etinasızlıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir
               yerdə  yaşayırlar,  onlar  ümid  edirlər  ki,  hər  şey  öz-özünə
               qaydaya düşə¬cək¬dir. Belə valideynlərin nə aydın məqsədi,
               nə də müəyyən proqramı olur. Əlbəttə, belə hallarda tərbiyənin
               nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra
               təəccüb edirlər ki, nə üçün onların maraqları korlanmışdır.
                   Tərbiyənin  məqsədi  müxtəlif  formalarda  –  ideya-siyasi,
               əmək,  əqli,  mənəvi,  estetik,  ekoloji,  hüquq  və  fiziki  tərbiyə
               kimi  həyata  keçirilir.  Bu  sahədə  ailənin  öz  imkanları,  uşaq
               bağçalarının və məktəbin özünəməxsus xüsusiyyətləri vardır.
               Lakin buna baxmayaraq onlar vəhdət təşkil etməlidir.
                   Əmək,  mənəvi  və  əqli  tərbiyənin  ayrı-ayrılıqda
               özünəməx¬sus məz¬munu, vəzifələri və üsulları vardır. Ailədə
               ata və ana onları yax¬şı bilməlidir. Lakin nəzərə alınmalıdır ki,
               şəxsiyyət  hissə-hissə  tər¬biyə  olunmur.  Onun  formalaşması
               sistemli     xarakter     daşıyır.    Tər¬bi¬¬yə¬nin         yuxarıda
               göstərdiyimiz tərkib hissələri hamısı bir məqsədə-şəx¬siyyətin
               formalaşdırılması  məqsədinə  xidmət  edir.  Buna  görə  də  ailə
               tərbiyəsində  onların  qarşılıqlı  əlaqəsinə  ciddi  diqqət
               yetiril¬mə¬li¬dir.
                   Uşaqlarda  ictimai  mülkiyyətə,  ətraf  aləmə,  təbiətə,
               insanlara  qarşı  münasibətdə  özünü  büruzə  verən  mənfi,  sərt
   127   128   129   130   131   132   133   134   135   136   137