Page 18 - Islamic Studies 06
P. 18
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /17
haqqında fikir söyləmək yanlış olar. Bir dini tanımağın ən
doğru yolu o dinin müqəddəs qaynağını araşdırmaqdır.
İslamın müqəddəs mənbəyi Qurani-Kərimdir. Quran əxlaqı
sevgi, şəfqət, mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq,
xeyirxahlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi
mənada yaşayan bir müsəlman son dərəcə kübar, gözütox,
dərin düşüncəli, incə ruhlu, təvazökar, ədalətli, xoşniyyət,
səmimi, etibarlı və hərtərəfli şəkildə kamil bir insan olur,
ətrafındakılara da sevgi, sayğı, rahatlıq və həyat sevinci bəxş
edir.
Lakin niyəsə bəzi qüvvələr İslamda olmayan, İslam dininə
zidd olan xüsusiyyətləri dinə aid etməyə çalışırlar. Müasir
zamanda yaşayan hər bir insan Qərbin İslam dinimiz ilə necə
manipulyasiya etdiklərini çılpaq gözlə də görə bilər. Guya
İslam digər dinlərə qarşı dözümsüzlük göstərir, İslam
qanunları ilə yaşamaq istəməyənlərə qarşı zülm edir və qətlə
yetirir.
Bədbəxtliyi İslam dini yox, bu dinin təfsilatını yanlış başa
düşmək və səhv anlayışa riayət etməkdir. İş o yerə gəlib çatıb
ki, bu insanlar getdikləri yanlış yolu (fanatiklər, ekstremistlər,
terrorçular), özləri tək getmirlər. Həmçinin əxlaqi və mənəvi
cəhətdən yetişməmiş insanlara, əsasən gənclərə dinin yanlış
təbliği ilə məşğul olurlar. İslam dini insan həyatında əxlaq və
ədəb qanunu olduğu halda dindən uzaq olan bu şəxslər Allahın
adı ilə qanunsuzluq edir, insanları öldürür. Həqiqi möminlər
isə insanları doğru yola yönəldənlərdir. Bu yol məhəbbət
yoludur, Allahın qarşısında təvazökarlıq və səbr nümayiş
etdirən bir yoldur.