Page 17 - Islamic Studies 06
P. 17
Qadının zərafəti, qadının gücü./16
şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd
etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən)
başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu
hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin
və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın,
yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin
savabını) zay etmək istəmir. Həqiqətən Allah insanlara qarşı
olduqca şəfqətli və mehribandır.”
1
İslam ümmətinin əsas xüsusiyyəti də budur. Hətta Allah-
Taala hər şeydə, hətta yemək-içməkdə belə həddini aşmağı
qadağan etmişdir.
Allah-Taala buyurur:
“Ey Adəm övladları, hər namaz vaxtı və hər bir
məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və
zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal
buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf
etməyin ki, O, israf edənləri sevmir.”
2
Başqa bir ayədə Allah-Taala buyurur:“Və əlini bağlayıb
boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu
tamamilə də açma (özün möhtac olacağın həddə qədər
vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.”
3
Şübhəsiz, bir dinin adı altında ortaya çıxdığını bildirən
insanların bir qismi o dini səhv anlamış və səhv tətbiq etmiş
ola bilər. Bu səbəblə də həmin insanlara baxaraq o din
1 -Əl-Bəqərə surəsi ayə143
2 -Əl-Əraf surəsi ayə31
3 -Əl-İsra surəsi ayə 29