Page 20 - Islamic Studies 06
P. 20
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /19
olunan hədislərdir. Bundan əlavə nahaq yerə adam öldürmək
Qurani-Kərimdə aşkar şəkildə əzab vədəsi verdiyi günahlardan
biridir. Qurani-Kərim buyurur: "Kim bir mömini qəsdən
öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası
cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona
qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün
1
böyük bir əzab hazırlayar". Ayədə mömin şəxsi öldürənlər
cəhənnəm, orada əbədi qalmaq, Allahın qəzəbi, lənət və böyük
əzab gözləyir.
İslam şəriətinə görə müsəlmanın malı və qanı
toxunulmazdır. Həccətül-vidada Peyğəmbərimiz(s) buyurdu:
"Ey insanlar! Müsəlmanın qanını axıtmaq halal deyildir.
Həmçinin malını da aparmaq caiz deyildir, yalnız o zaman caiz
olar ki, özü razı olsun. Belə isə özünüzə zülm etməyin,
məndən sonra küfrə, kafirliyə qayıtmayın."
2
İslam dinində intihar qəti qadağandır. Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, ən aşağı
intihar səviyyəsi islam ölkələrində qeydə alınıb. İnsan
həyatının dəyəri İslam baxışıdır. İslam nöqteyi nəzərindən
həyat bir imtahandır və bu imtahandan keçən şəxs axirət
dünyasının təməlini qoyur. Həyat yolunda baş verən
imtahanlar müxtəlif ola bilər. Uca yaradan bəzi insanları
yoxsulluq, aclıq, xəstəlik, yaxınlarının ölməsi ilə , digərlərini
isə sərvət, dəbdəbəli həyat,hakimiyyət və s.ilə imtahana çəkir.
Təcavüzkarlara qarşı mübarizə apararkən özünü dinc insan
kütləsinin olduğu yerdə partladmaq İslam tarixində rast
1 - Ən-Nisa surəsi ayə 93
2 Böyük günahlar cild 1 səh 171