Page 176 - Islamic Studies 06
P. 176

İslamın yayıldığı ilkin çağlar / 175

               diridirlər və ruzi yeyəcəklər. Əgər cihada gedərkən yolda vəfat
               etsələr, yenə Allah yanında mükafat qazanırlar. Cihaddan sağ
               qayıtsalar da, Tanrı dərgahında böyük əcr və mükafatlar onları
               gözləyir.  Biz  isə  yaralılara  yardım  edir  və  xəstələrə  xidmət
               göstəririk. Bizim Allah yanında mükafatımız nədir?
                   Allahın Rəsulu (s) buyurdu: "Ey qadınların nümayəndəsi!
               Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə itaət

               etmək,  onun  haqq  və  hüququnu  yerinə  yetirmək,  kişinin
               qazqndığı bütün fəzilətlərə bərabərdir."
                   Ər-arvadın  hüquqları  haqda  bəhs  edən  rəvayətləri
               dəyərləndirdikdə, bu nöqtəyə diqqət çəkmək lazımdır ki; islam
               dini,  haqq-ədalət  dinidir.  Elə  buna  görə  də,  ailənin  bütün
               üzvlərinin, istər qadın, istər kişi və istərsə də, övladın hüququ,
               sağlam  ailənin  ehtiyaclarını  nəzərə  alaraq,  tənzimlənmişdir.
               Bununla  da,  diqqət  yetirmək  lazımdır  ki,  ailə  üzvlərinin  hər
               birinin hüququ; istər qadına, istər kişiyə və istərsə də, övlada
               xas  olan  hüquq  nəzəriyyəsi,  onların  yaşadığı  cəmiyyətdə
               mövcud  olan  şəraitə  uyğun  olaraq  ortaya  qoyulması
               mümkündür.
                   4- Birbirinizin cinsi istəklərinə cavab verin
                   Möhkəm  ailə  quruluşuna  sahib  olmağın  yollarından  və
               əsas  amillərindən  biri  də,  ər-arvadın  qarşılıqlı  olaraq  bir-
               birilərinin  cinsi  istəklərini  təmin  etməsidir.  Statistiklərin
               verdiyi məlumatlara görə, bəzi ölkələrdə, evli cütlərin müxtəlif
               bəhanələr  gətirməsinə  baxmayaraq,  ər-arvadın  boşanmaların
               əlli  faizinin  əsas  və  ən  ümdə  amili,  məhz  cinsi  əlaqələrin
               qarşılıq görməməsindən qaynaqlanır.
                   İslam  dininin  ər-arvadın  cinsi  istəklərini  təmin  etməsi
               haqqında göstərişləri
                   İslam      dininin     ər-arvadın      cinsi    münasibətlərinin
               tənzimlənməsi  haqda  buyurduğu  dəyərli  göstərişlərə  əməl
               olunsaydı,  ailə  quruluşu,  bəzi  cəmiyyətlərdə  bu  qədər
   171   172   173   174   175   176   177   178   179   180   181