Page 191 - Islamic Studies 06
P. 191

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 190


                   Ailə həyatında bəhs, artıq xərc, dəb üçün alınan ləvazimat
               və bu kimi şeylərdən uzaq düşmək zəruridir.
                   Qərbin  qiyafə  və  zahiri  görünüşü  bizim  örnək  və
               idealımıza  çevrilməməlidir.  Onlar  saysız-hesabsız  qüsurlara
               malikdirlər. Sənət və texnikanın inkişafı «bizdə nə deyirlər, nə
               yazırlar düzdür»-deyə, yanlış fikir yaratmasın.
                   Müqəddəs İslam dinində mühüm olan şey ruhun, cismin,
               şəhərin,  kəndin  və  küçənin  saflıq  və  təmizliyidir.  Bu
               mədəniyyətdə daha çox diqqət olunan şey maddi, mənəvi və
               əxlaqi məsələlər, fərdi və ictimai imandır. Belə ki, iman həm
               dünyada və həm də axirətdə insanın xeyrinədir.
                   İsraf,  ağır  xərclərə  düşmək,  zahiri  görkəmi  bəzəmək  ‒
               hətta  müsəlmanların  ibadət  etdikləri  məkan  olan  məscid
               tikintisində  belə  ‒  bu  pak  mədəniyyət  tərəfindən  məzəmmət
               olunur.
                   Məscidlər  və  evlər  batin  baxımından  son  mənəvi  həddə,
               zahiri baxımdan isə sadə və bəzək-düzəksiz olmalıdır ki, həva-
               həvəs  qəlbləri  aldatmasın  və  ruhlar  Allah-təaladan
               uzaqlaşmasın.
                   İnsan  sadə  libas  almalı,  lakin  geyim  qaydalarına  diqqət
               etməlidir. Ehtiyacı olduğu qədər qida hazırlamalı, lakin yemək
               qaydalarına  riayət  etməlidir.  Özünə  münasib  minik  almalı,
               lakin  sürücülük  qayda-qanunlarına  tabe  olmalıdır.  Həyat
               sürmək üçün yaxşı evi olmalıdır, lakin bu ev onun ruhunu əsir
               etməməlidir.  Bütün  bunlar  təqvanın  və  Haqqa  diqqətin
               məhsuludur.
                   Bu həmin yəhudi və məsihilərin həyat tərzidir ki, ev və ev
               əşyaları,  minik,  geyim,  yemək  və  zahiri  bəzək  baxımından
               israf  uçurumuna  yuvarlanıblar.  Onlar  kilsə  və  məbədləri
               milyonlarla  qiymətə  başa  gələn  zinət  əşyaları,  heykəllər  və
               daş-qaşlarla  bəzəmişlər.  Məsihi  və  yəhudi  ruhaniləri,  hətta
               məsihilərin dini lideri olan papa o qədər israf və boş xərclərə
   186   187   188   189   190   191   192   193   194   195   196