Page 232 - Islamic Studies 06
P. 232
Nəhcül-bəlağədə vəhdət prinsipi / 231
Vəhy, Quran və hədis baxımından
Söhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə
danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın,
onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin.
Bəlkə də bu, səmimi bir etiraf Quran barəsində nə isə
deməkdən daha münasib olardı?!
İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və
naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi
əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir
varlığı dərk edə bilərmi?
Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin
bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona
bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi
məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi
bacararmı?
Quranın əzəmətini layiqincə bəyan etməyə qadir olan
yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s))
vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının təmin
olunmalarının möcüzəsi ola bilər.
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat
təminatçılığını və eyni zamanda onların üzərində olan
rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Quranın bir çox ayələrində bu haqda deyilir:
«Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola
[islama] yönəldir». (9/17).
«Bu Quran elə bir kitabdır ki, onu sənə, insanların öz
Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də
yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan
Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir».
(1/14).