Page 234 - Islamic Studies 06
P. 234
Nəhcül-bəlağədə vəhdət prinsipi / 233
Birinci hədis:
Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə
daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul
olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona
danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə
etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər
(s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında)
fitnə və qarşıdurmalar yaranar.» Dedim: Ya Rəsuləllah!
Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: «Siz Allahın
nazil etdiyi Quranla bütün ixtilaf və qarşıdurmalarınızı aradan
qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən
asanlıqla ayrılar. Quran elə bir kitabdır ki, orada nə bir kəlmə
zarafat, nə də bir mənasız ifadələrə rast gəlmək olar. O elə bir
kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək
istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər.
Hər kim hidayət yolunu Qurandan ayrı bir vasitələrlə
axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır.
Quran Allahla insanlar arasında olan qırılmaz rabitədir.
Bəşəriyyəti haqqa hidayət edən Quran, nəfsani istəklər və
əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə
dolu bir kitabdır. Quran keçmişdə və gələcəkdə baş verən
əhvalatları əhatə edir.
Quran vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və
heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular.
Alim və mütəfəkkirlər Quran ayələri ətrafında araşdırmalar
aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə,
Quran öz möcüzəsini saxlayar və aşiqlərinin qəlbində daha
dərin izlər qoyar.
Quran hətta cinləri belə, heyrətə gətirmiş və onlar Quran
haqqında bu sözləri demişlər: