Page 270 - Islamic Studies 06
P. 270

Nəhcül-bəlağədə vəhdət prinsipi / 269

                   Ümumiyyətlə  qəlb  elə  bir  yerdir  ki,  insan  gərək  ora
               Allahdan başqasına girməyə qoymasın.
                   İmam Sadiq(ə) buyurur: Qəlb Allahın evidir. Ora Allahdan
               başqasına yol verməyin.
                   Qeyd etmək lazımdır ki, bu o demək deyil ki, insan mal-
               dövlətə,  övlada,  ata  anaya  məhəbbət  bəsləməməlidir.  İnsan
               əgər  mal-dövlətini  qoruyursa,  ata  anasını  sevirsə,  övladına

               məhəbbət bəsləyirsə, bunların hamısı Allaha xatir olmalıdır.


               İman və elm

                   Bu bəhsdə imanla elmin bir-birindən fərqləndiyini bilmək
               lazımdır.  Elm  təcrübə  və  isbatın  nəticəsidir.  Bu  iki  amil
               təsəvvür və təfəkkürdən irəli gəlir, lakin iman və inam ürfani
               vicdan, ilahi fitrət qarşısında özünü ayıltmaqdır. Başqa ifadə
               ilə  desək,  elm  kəsb  olunan  və  dərk  edilən  bir  məfhumdur.
               İman isə ülvi parıltı, vicdan harayına cavabdır.
                   Elmlər  adətən  təsəvvür,  təfəkkür  və  müəyyən  bir
               reaksiyadan  doğur.  İman  isə  vicdana  inam  və  tapınmaqdır.
               Başqa  sözlə  desək,  elm  təcrübə,  təhqiqat,  məfhum,  bilik
               toplusudur, lakin iman müqəddəs varlığa qarşı bağlılıq, təzim
               və  sitayiş  hissidir.  Elmə  aid  olan  şeylər  insan  qəzəbinə  və
               nifrətinə  səbəb  ola  bilər,  amma  iman  həmişə  qəlblərdə
               məhəbbət, sevgi yaradır. O yerdə ki iman mövcuddur, orada
               təvazökarlıq, təzim, sitayiş də olur. Məsələn, Allaha iman fitri
               ehtiyac  və  heç  nəyə  təmənnası  olmayan  Tanrıya  bağlılıq,
               böyük  əzəmət,  rəhmət,  sonsuz  qüdrət  qarşısında  acizlik  və
               kiçiklik hissidir.
                   Quran təbiri ilə desək, iman fitrət harayına cavab və əhd-
               peymanın  yenidən  təzələnməsidir:  "Allahın  fitri  olaraq
               insanlara verdiyi din" («Rum», 30)
   265   266   267   268   269   270   271   272   273   274   275