Page 271 - Islamic Studies 06
P. 271
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 270
"Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının
bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-
birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?"-
soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!"-deyə cavab
vermişdilər." («Əraf», 172)
Sonra ayənin ardında buyurur ki, bu bildiriş və şəhadət
onun üçündür ki, «Qiyamət günü "Biz bu məsələdən xəbərdar
deyildik,"-deyə bəhanə gətirməyəsiniz».
Deməli, iman fitrətin ehtiyacına qarşı əhdin təzələnməsi və
təkididir. Burada əhd-peyman dedikdə imanın nəzərdə
tutulması ehtimal olunur, amma elm alim və məlum (öyrənilən
şey) arasında bir növ zehni və fikri əlaqədir. İman kəlməsində
isə Allah qarşısında sitayiş, təzim və təvazökarlıq hissi ehtiva
olunur, lakin elmdə bu, tələb edilmir, çünki elm alimin
nəzərində xoşagəlməyən məchulların kəşfi və ixtirası üçün bir
vasitədir. Elm imanla həmişə birgə deyildir. Ona görə də
Qurani-Kərimdə buyurulur: "(Möcüzələrimizin) həqiqiliyinə
daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür
üzündən onları inkar etdilər." («Nəml», 14)
Buna görə də Allah Təala Quranda insanlara "Ey bilənlər"
kimi yox, "Ey iman gətirənlər" kimi xitab edir, yəni bilib iman
gətirməyənlər yox, iman gətirən şəxslər.
Başqa bir tərəfdən də iman həmişə arxayınlıq və
xətircəmliklə birgədir, ancaq elmin bəzən iztirab və
nigarançılığa səbəb olması da mümkündür. Allah Təala
möminlər barədə buyurur: "O kəslər ki, Allahı zikr etməklə
ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər
yalnız Allahı zikr etməklə aram tapar!" («Rəd», 28)