Page 273 - Islamic Studies 06
P. 273

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 272

               İkitərəfli əlaqə


                   Dinsiz  və  qafil  şəxslərdən  bəzisi  belə  hesab  edirlər  ki,
               Allaha olan iman və sitayiş bir növ insanların Allahla birtərəfli
               əlaqəsidir.  Bu  səhv  düşüncə  vasitəsilə  imandan  uzaqlaşmaq
               üçün  bəhanə  gətirirlər,  lakin  bu,  cahilanə  və  qərəzli  bir
               düşüncədir,  çünki  iman  Yaradanla  yaradılmış  arasında
               qarşılıqlı sıx  əlaqədir. Bu  əlaqə təbii həqiqət  əsasındadır. Bu
               əlaqədə  hər  iki  tərəfin  cazibə  və  marağı  vardır,  yəni  Allah
               Təala  bəndələrini  sevdiyindən  bütün  bu  nemətləri  onların
               ixtiyarına vermişdir. Əlbəttə, Tanrı təqvalı, əməlisaleh və qəlbi
               pak möminləri daha çox sevərək buyurur:  "Həqiqətən, Allah
               təqvalıları sevir." («Ali-İmran», 76)
                   "Yaxşılıq  edin,  həqiqətən,  Allah  yaxşılıq  edənləri  sevir."
               («Bəqərə», 195)
                   "Allah pak olanları sevir." («Tövbə», 108)
                   «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin
               ki,) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları,
               onlar  da  (Allahı)  sevərlər.  Onlar  möminlərə  qarşı  mülayim,
               kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin
               tənəsindən  qorxmazlar.  Bu,  Allahın  lütfüdür.  Onu  istədiyinə
               verər.  Allah  (lütfü  ilə)  genişdir,  (O,  hər  şeyi)  biləndir».
               («Maidə», 54)
                   Bu ayədə söhbət ikitərəfli, qarşılıqlı dostluqdan gedir. Bu
               dostluq Allah və onun bəndələri tərəfindən təzahür olunur. Bu
               özü  ona  sübutdur  ki,  həqiqi  iman  qarşılıqlı  əlaqə  və
               birləşmədir.  Başqa  sözlə,  həqiqi  iman  Xaliq  və  məxluq
               arasındakı qarşılıqlı sevgidir. Qurani-Kərimdə Allahı "mömin"
               sifəti  ilə  vəsf  edərkən  bu  qarşılıqlı  əlaqəyə  işarə  edilərək
               buyurulur:    "O,  özündən  başqa  heç  bir  Tanrı  (Məbud)
               olmayan,  (bütün  məxluqatın)  ixtiyar  sahibi,  müqəddəs  (pak)
               olan,  mömin,  (hər  şeydən)  göz-qulaq  olub  (bəndələrini)
               qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər
   268   269   270   271   272   273   274   275   276   277   278