Page 272 - Islamic Studies 06
P. 272

Nəhcül-bəlağədə vəhdət prinsipi / 271

               Elm imanın tamamlayıcısı kimi


                   Elm  bir  çox  hallarda  imanın  müqəddiməsi  və
               tamamlayıcısıdır.  Buna  görə  də  Qurani-Kərimdə  elm
               təriflənmiş və adı imanla yanaşı çəkilmişdir: "Allah da sizdən
               iman  gətirənlərin  və  (xüsusilə)  elm  bəxş  edilmiş  kimsələrin
               dərəcələrini ucaltsın" («Mücadələ», 11)
                   Bu mərhələləri tamamlamaqla məlum olur ki, elm və iman
               iki  ifadədən  əmələ  gəlmişdir.  Əgər  iman  eşq  və  ürfan
               ifadəsindəndir  desək,  doğru  söyləmiş  olarıq.  Buna  görə  də
               «Kümeyl» duasında oxuyuruq: "İlahi! Məni əfv et. Ey mənim
               Mövlam,  ey  mənim  Rəbbim,  Sənin  əzabına  səbir  edərəm,
               amma fəraqına necə səbir edim?"
                   Bu  aşiqin  məşuqu  ilə  münacatıdır.  Buna  görə  də  harada
               imandan söz açılırsa, məhəbbət və eşq məsələsi də ortaya çıxır.
                   Allah Təala iman əhlini vəsf edərək buyurur: "Peyğəmbərə
               nazil  olanı  dinlədikləri  zaman  haqqı  bildikləri  üçün  onların
               gözlərinin  yaşla  dolduğunu  görürsən.  Onlar  deyirlər:  "Ey
               Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir
               yerdə yaz." («Maidə», 83)
                   İman  mayasız  və  özülsüz  olsa  da,  məhəbbət  və  eşqlə
               doludur. Hətta  bütpərəstlər  öz  bütlərinə məhəbbət  bəsləyərək
               onlara  təzim,  sitayiş  və  ibadət  edirdilər.  Qurani-Kərimdə  bu
               barədə  buyurulur:  "İnsanların  içərisində  Allahdan  qeyrilərini
               (Allaha)  şərik  qoşub,  onları  Allahı  sevən  kimi  sevənlər  də
               vardır,  halbuki  iman  gətirənlərin  Allaha  məhəbbəti  daha
               qüvvətlidir.  Əgər  (özlərinə)  zülm  edənlərin  vaxtında
               görəcəkləri  əzabdan  xəbərləri  olsaydı,  onlar  bütün  (qüvvət)
               qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli
               olacağını bilərdilər." («Bəqərə»-165)
   267   268   269   270   271   272   273   274   275   276   277