Page 274 - Islamic Studies 06
P. 274
Nəhcül-bəlağədə vəhdət prinsipi / 273
hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük,
(hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona
qoşduqlarından (şəriklərdən) ucadır." («Həşr», 23)
Təfsirçilər "mömin" kəlməsini təfsir edərkən bir neçə fikir
irəli sürmüşlər: [7]
1.O kəs ki, bəndələrinə əmin-amanlıq bəxş edir.
2.Bəndələri onun zülmündən və əzabından amandadırlar.
(Heç kimə zülm etmir.)
3.Hamıdan qabaq öz yeganəliyinə imanı vardır, hamıdan
qabaq öz tövhid və təkliyinə şəhadət verir:
«Allah özündən başqa heç bir Tanrı olmadığına şahiddir.
Mələklər və elm sahibləri də haqqa, ədalətə boyun əyərək
(haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə
layiq heç bir varlıq olmadığına şəhadət verdilər». («Ali
İmran», 18)
Təvəlla və Təbərra
Təvəlla və təbərra İslam dininin füruidin [8] bölməsinə aid
olan hissələrdir. Elə buna görə də insan yaxşılıqlar və yaxşıları
sevib, pislər və pisliklərlə mübarizə aparmalıdır. Odur ki,
Allah Təala Peyğəmbərin (s) həqiqi ardıcıllarını vəsf edərək
buyurur: "Mühəmməd (s) Allahın peyğəmbəridir. Onunla
birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz
aralarında) isə mərhəmətlidirlər." («Fəth», 29)
"(Ey peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir
tayfanın Allah və Onun peyğəmbərinə qarşı çıxanlarla – öz
ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə,
dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Tanrı
onların qəlblərinə iman yazmış və öz dərgahında onlara ruh
(güc) vermişdir (iman, hidayət nuru əta
etmişdir.)"(«Mücadələ», 22)