Page 275 - Islamic Studies 06
P. 275
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 274
«Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də
özünüzün düşmənini dost tutun! Onlar (kafirlər) sizə gələn
haqqı (Quranı, Həzrət Mühəmmədi(s)) inkar etdikləri halda,
siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz)».
(«Mümtəhinə», 1)
Buna görə də bu məsuliyyəti öhdəsinə götürmüş
möminlərdə həm ehtiram göstərmək, həm də etiraz etmək
xüsusiyyəti olmalıdır. Hamının yanında hörmətli və mehriban
olmaq istəyənlər isə münafiqdirlər. Bu barədə rəvayətlərdə də
təkid olunur. Rəvayətə görə Peyğəmbər(s) səhabələrdən birinə
buyurur: «Ey Allahın bəndəsi! Öz dostluq və düşmənçiliyini
Allah üçün, onun yolunda et! Dostluq və düşmənçiliyin bu
yolda olmalıdır, çünki başqa bir yolla Allah dərgahına
yetişmək və imanın şirinliyini dadmaq olmaz. Bu gün
nəzərlərin çoxu dünyəvi məqsədlər üzərində yaranmış dostluq
və düşmənçiliklərə yönəlmişdir. Bu xırdalıqların Allah
yanında heç bir dəyəri yoxdur». Həmin səhabə soruşdu: «Necə
başa düşək ki, dostluğumuz və düşmənçiliyimiz Allah
üçündür? Haradan bilək ki, Allahın dostu kim, düşməni
kimdir? Əgər biz də bunu bilsək, onun dostu ilə dost, düşməni
ilə düşmən olarıq?». Peyğəmbər(s) Həzrət Əliyə(ə) işarə
edərək buyurdu: "Bunun dostu Allahın dostu, düşməni isə
Allahın düşmənidir. Ona görə də atanın və övladının qatili olsa
da, onun dostu ilə dost, atan və övladın olsa da, onun düşməni
ilə düşmən ol." [9]
Təvəlla və təbərra o qədər əhəmiyyətlidir ki, bəzi
hədislərdə imanın ən əsas hissəsi hesab olunmuşdur. [10]
Mədinə müsəlmanlarının Qurani-Kərimdə həmişə
təriflənən xüsusiyyətlərindən biri də budur ki, onlar
mühacirləri imanlarına görə sevib, bu yolda onlardan heç bir
şey əsirgəməyərək öz evlərini açıq ürəklə, səmimiyyətlə
mühacirlər üçün hazırlayıb, gülərüzlə qarşıladılar. Bu barədə