Page 283 - Islamic Studies 06
P. 283
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 282
onları düşmən müqabilində birləşdirsin, istərsə də əksinə
olsun.
Əlbəttə, əgər rəhbər qətiyyətli olsa, amma camaat ona
itaət etməsə, müvəffəq olmayacaq, necə ki, həzrət Əlinin (ə)
zamanında belə oldu.
Həzrət Əli (ə) dövlətin və millətin hüququna riəyət
etməyi onlar arasındakı bağlılığın əsası bilir. Yəni, xalqla
rəhbərin bağlılığı qarşılıqlı hüquqlara riəyət olunma
sayəsində gerçəkləşir.
İmam Əli (ə) Nəhcül-Bəlağədə bu həqiqətə gözəl təmsil
və misalla işarə etmişdir: “Din rəhbərinin və məmləkət
hakimliyinin məqamı, təsbeh ipinin onun dənələrinə olan
nisbəti kimidir. Təsbeh ipi onun dənələrini bir yerə yığır, bir-
birinin yanında saxlayır. Elə isə, təsbehin ipi qırılarsa, dənələr
ayrılar, hər biri bir guşəyə düşər və heç vaxt onları bir yerə
yığmaq olmaz.”
Bir cəmiyyətin nizamı və ayaq üstə dayanmasının onunla
rəhbər arasındakı birliyə bağlı olması şübhəolunmaz bir
həqiqətdir.
Hər bir dövrdə, xüsusilə də fitnə və ixtilaf odunun
şölələndiyi zaman xalqın rəhbərə itaəti və həm də rəhbərlik
tərəfindən vəziyyətin düzgün işıqlandırılması rəhbərlə
ümmətin arasında vəhdətin gerçəkləşməsi üçün bir qaynaq –
hansı ki, İslam ümmətinin və dövlətinin ayaq üstə
dayanmasının ən mühüm amili və düşmən müqabilində ən
böyük səddidir – ola bilər.