Page 281 - Islamic Studies 06
P. 281
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 280
İmam Əli (ə) və Vəhdət
Həzrət Əli (ə) Nəhcül-Bəlağədə cəmiyyətin imam və
rəhbər kimi mərkəzi ox ətrafına yığılmasına təkid etmişdir.
Əsas etibarilə, müsəlmanların Həzrət Rəsulallah (s) zamanında
izzətə, şərəfə çatmalarının səbəbi həmin mərkəzi oxa diqqət
etmələri idi. Həzrət Əli (ə) Nəhcül-Bəlağədə İslamın böyük
Peyğəmbərini (ə) camaatın vəhdətinin və fitnələrin, ixtilafların
yatırılmasının əsas amili kimi tanıtdırmışdır.
Həzrət Əli (ə) bu barədə buyurur: “Allah-taala keçib
gedənlərdən heç kimə ayrılıqlarına, təfriqəyə görə xeyir
verməmişdir.”
Mövhumat əsasında öz qardaşları, həmməzhəbləri ilə
küsülü olan qövm həyatın səfa və səmimiyyətini, gözəlliyini
kin-küdurətə çevirər. Onlar öz xam xəyallarına əsasən bu
yolla bəhrələnmək, fayda götürmək istəyirlər.
Həzrət Əli (ə) tam səmimiyyət və sadiqliklə onlara
xatırladır ki, sizin gümanınız batildir, yanlışdır, getdiyiniz
yolun sonu yoxdur. Axırda istəmədiyiniz və gözlədiyinizin
ziddi olacaq bir nəticəyə çatacaqsınız, elə isə oyaq olun,
özünüzə gəlin.
İmam (ə) xalqların inkişafının və süqutun,
məğlubiyyətinin və qələbəsinin səbəblərini xütbələrinin
birində vurğulamışdır. Ucalmaq və qələbənin ən mühüm
amillərindən birinin vəhdət, süqut və məğlubiyyətin ən
mühüm səbəblərindən birinin isə təfriqə olduğunu demişdir.
Həzrət Əli (ə) Nəhcül-Bəlağədə 25-ci xütbədə buyurur:
“Mənə xəbər çatmışdır ki, Bisr ibn Ərtat Yəməndə
hakimiyyəti ələ keçirib. Allaha and olsun ki, Şam camaatı