Page 284 - Islamic Studies 06
P. 284
İslamda xoşbəxt ailə strukturu./. 283
Quran və milli vəhdət
Quranda ictimai mövzuları icmali şəkildə nəzərdən
keçirməklə, görürük ki, Quran hər bir cəmiyyətin səadət və
işkişafının ən əsas amillərindən birinin vəhdət və onun
süqutunun ən mühüm səbəblərindən birinin də təfriqə, ayrılıq
olduğunu deyir. Mühəqqiqlərdən biri yazır: “Qurandan hər
hansı bir səhifə açılarsa, hər hansı bir surə oxunarsa, birbaşa,
yaxud da bir işarə ilə göstərilir ki, birlik inkişafın, yüksəlişin,
qələbənin və ixtilaf isə süqutun, uğursuzluğun amilidir”.
Quran İlahi ipdən yapışmağı İslam ümmətinin vəhdətinin
ən mühüm amili sayır: “Hamılıqla Allahın ipinə (dininə,
Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən)
ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz
bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (İslam ilə)
birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş
oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən, O sizi
oradan xilas etdi...”
Qurtubi bu ayənin təfsirində yazmışdır: “Allah-taala
dostluğa, birliyə əmr və təfriqəni qadağan etmişdir; hansı ki,
vəhdət və cəm nicatın, təfriqə və ayrılıq isə həlakın amilidir”.
Həmçinin, Təntavi yazır: “Haqq məhvərindən ayrılmayın,
çünki o aranızda ixtilafların gerçəkləşməsinə səbəb olar”.
Məhəmməd Abduh yazır: “Bəşər arasında ixtilafdan daha
zərərverici şey yoxdur”.
Əllamə Təbatəbai bu rabitə haqqında bu əqidədədir:
“Ayədəki “nemət”də məqsəd vəhdət və bu vəhdətin səmərəsi
qardaşlıq, qəlblərin bağlılığı və ayənin sonunda gəlmiş